azia.az
azia.az

“Bakcell” oğurluğundan dönən deyil…

3-09-2021, 00:36



“Bakcell” oğurluğundan dönən deyil…
“Bakcell” oğurluğundan dönən deyil…

“Keçən dəfə Bakcelldən şikayət etmişdim. Ancaq nə fayda…. Üstündən bir həftə keçmişdi ki, eyni hal təkrarlandı”. Bu fikirləri “Bakcell” abunəçisi Ceyla Alhanova facebookda “Müştəriyəm şikayətim var” qrupunda yazaraq bildirib.

Onun sözlərinə görə, avqustun 27-də “Klass M” paketini yeniləyib, “Yüksək surət” interneti deaktivasiya edib, bununla bağlı təsdiq mesaj alıb.

“Daha sonra balansıma 5 manat yüklədim, ancaq yükləyən kimi yenə də 0.89 Azn balansdan çıxılıb, 100 mb internet aktivləşdirildi. 555 zəng edib, məsələni bildirdim, əvvəlcə qəbul etmədilər ki, siz deaktivasiya etməmisiniz.

Gələn təsdiq mesajını saatına, gününə qədər operatora oxuyandan sonra, operator deyir “Hə, düzdür, görünür nəsə texniki səhvlik olub, siz interneti bağlayın, istifadə etməyin, biz məsələni texniki şöbəyə yönləndirək, araşdırsınlar”, – şikayətçi yazıb.
“Bakcell” oğurluğundan dönən deyil…
C.Alhanova şirkətin əməkdaşına sual edib ki, bu araşdırma nə qədər çəkər: “Axı hər şeyin internet olduğu vaxtda, səhv sizdə ola-ola mənə deyirsiniz ki, bilinməz bir vaxta qədər interneti bağlayın. Deyir, “hə, siz o mb istifadə etsəniz pul qaytarıla bilmir”. Nə isə, gördüm “Bakcell” oğurluğundan dönən deyil, mən də onlara heç nəyi sübut edə bilməyəcəm, sağollaşdım.

Və mənim bakcellimə daxil olub görürəm ki, internet olub 99.98 mb. Halbuki anındaca bağlamışdım interneti. Yəni bir sözlə belə oğru operator mən görmədim. Bakcellin isə bu mənfi rəylər heç vecinə də deyil”.

Qeyd edək ki, son dövrlər “Bakcell” mobil operatorundan kütləvi şikayətlər daha da artıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi