azia.az
azia.az

“Bees Airline” Odessa və Gəncə arasında mütəmadi reyslər həyata keçirəcək

2-09-2021, 19:45

“Bees Airline” Odessa və Gəncə arasında mütəmadi reyslər həyata keçirəcək
"Bees Airline” aviaşirkəti 2021-ci ilin noyabr ayından etibarən Odessa və Gəncə arasında mütəmadi reyslər həyata keçirməyə başlayacaq.

Azia.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Ukraynanın Dövlət Aviasiya İdarəsi şirkətə Azərbaycana, o cümlədən Odessa-Gəncə istiqamətində uçuşlar həyata keçirmək hüququ verib.

Odessa-Gəncə reysləri həftədə 2 dəfə həyata keçiriləcək.
Ümumilikdə, 3 Ukrayna aviaşirkəti Azərbaycana, İsrailə, Çex Respublikasına, Bəhreynə, Avstriyaya və Portuqaliyaya uçmaq hüququ əldə edib. "Bees Airline” Azərbaycandan savayı Çex Respublikası və Bəhreynə də uçuşlar həyata keçirəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi