azia.az
azia.az

Avqustda minadan təmizlənən ərazilərin sahəsi 6,4% azalıb - ANAMA

2-09-2021, 11:14

Avqustda minadan təmizlənən ərazilərin sahəsi 6,4% azalıb - ANAMA
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) bu ilin avqustunda işğaldan azad edilmiş ərazilərilərin 634 hektarını mina və hərbi sursatlardan təmizləyib, bu da iyul ayının göstəricisindən 43 hektar azdır, bu barədə qurumun icra olunan əməliyyatlar barədə Azia.az-a daxil olan avqust hesabatında göstərilir.

"2021-ci ilin avqustunda mina təmizləyənlər tərəfindən 455 piyada və 70 tankəleyhinə mina, həmçinin 503 Partlamamış Hərbi Sursat (PHS) aşkarlayaraq zərərsizləşdirib. İyulda bu göstəricilər uyğun olaraq 545, 85 və 625 ədəd təşkil edib", - deyə hesabatda bildirilir.

Hesabata görə, ANAMA əsasən Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında mina və hərbi sursatların zərərsizləşdirmə əməliyyatlarını aparıb, 634 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

2020-ci il noyabrın 10-dan cari il avqustun 31-ə kimi isə həmin ərazilərdən ümumilikdə, 9460 piyada əleyhinə mina, 4092 tank əleyhinə mina və 10529 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Ümumilikdə 4575 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Avqustda minadan təmizlənən ərazilərin sahəsi 6,4% azalıb - ANAMA


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi