azia.az
azia.az

50 illiyin mübarək olsun, xanım qız!!

31-08-2021, 16:41

50 illiyin mübarək olsun, xanım qız!!
Ceyhunə xanımı tanıdığım elə ilk gündən onun necə bir fədakar xanım olduğunun şahidi oldum. O, yaxşı dost, gözəl xanım və illərin sınağından uğurla keçmiş bir fədakar anadaır.
İllərin çətin və fırtınalı dalğaları onu mübarizliyindən çəkindirmədi. Ayaq üstə durmağı bacardı. Özünü təsdiq elədi. Onunla danışmaq, söhbət eləmək onu tanıyanların ən çox arzuladığı anlardır. Bəli, beləcə Ceyhunə xanımın yaşının üstünə bir il də gəldi, 50-ni tamamladı. Bu yaş insan ömrünün ən şirin, ən gözəl çağlarıdı.Bu yaşda İnsan özünə qayıdır, özünü tapır, kimliyini təsdiq edir. Elə bu ali keyfiyyətlər onu tanımağımıza kifayət elədi. Yeni yaşın mübarək olsun gözəl xanım. 100 yaş və sağlam ömür nəsibin olsun. Bəllidir ki, bu yaşda bir qadın duyğulu ruhda olur. Qadın hər zaman sevilən bir dost, ana, həyat yoldaşı ola bilər. Çoxları bu yaşa qədər nənə olur, bu da onlara ikinci bir xoşbəxtliyi verir. Yeni yaşın mübarək olsun NƏNƏ!!!!
50 illiyin mübarək olsun, xanım qız!!
Təzəcə yetişib yaşın əlliyə,
izn ver ilinə mübarək deyim.
Hələ arzuların çoxdur dünyada,
Vətən həsrəti ilə yarat, yaz deyim

Həyatın görməsin, nə duman, nə çən
İlhamın olubdur bu el, bu vətən,
bircəcə əlli də yaşa, yarat sən,
sonra gerisini özün bilərsən.

Azia.az saytının kollektivi,
Subut Mehdiyev və İradə Qaracallı ən xoş arzularla


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi