azia.az
azia.az

Artilleriyaçılarımızın “Artilleriya atəşinin ustaları” müsabiqəsinə hazırlıqları davam edir - FOTO

21-08-2021, 19:25

Artilleriyaçılarımızın “Artilleriya atəşinin ustaları” müsabiqəsinə hazırlıqları davam edir - FOTO
“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinə artilleriyaçılarımızın hazırlıqları davam edir.

Müdafiə Nazirliyindən Azia.az-a verilən məlumata görə, püşkatma mərasimində iştirak edən artilleriyaçılarımız əvvəlcə təhlükəsizlik qaydaları, müsabiqənin xüsusiyyətləri, mərhələlər üzrə şərtlər, atəş və döyüş hazırlığı tapşırıqlarının yerinə yetirilmə hədləri, eləcə də poliqonun maddi-texniki bazası ilə tanış olub.

Müsabiqədə istifadə ediləcək silah və döyüş texnikasına baxış keçirildikdən sonra artilleriyaçılarımız müsabiqənin mərhələlərinin keçilməsi üsullarını məşq etməyə başlayıb. Hazırlıq prosesini yekunlaşdıqdan sonra komandamız minaatanlardan sınaq atışları yerinə yetirib.

Qeyd edək ki, sentyabrın 2-dək davam edəcək müsabiqədə 10 ölkənin artilleriyaçıları yarışacaqlar.

Artilleriyaçılarımızın “Artilleriya atəşinin ustaları” müsabiqəsinə hazırlıqları davam edir - FOTO
Artilleriyaçılarımızın “Artilleriya atəşinin ustaları” müsabiqəsinə hazırlıqları davam edir - FOTO
Artilleriyaçılarımızın “Artilleriya atəşinin ustaları” müsabiqəsinə hazırlıqları davam edir - FOTO
Artilleriyaçılarımızın “Artilleriya atəşinin ustaları” müsabiqəsinə hazırlıqları davam edir - FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi