azia.az
azia.az

MEK ərazisi ətrafında yaşıllaşdırma işləri görülüb

17-08-2021, 15:49

MEK ərazisi ətrafında yaşıllaşdırma işləri görülüb
Ölkənin nüfuzlu kitabxanaları sırasında yer alan Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası oxucularına nümunəvi xidmət göstərməklə yanaşı, həmçinin öz ətraf ərazisində ekoloji problemlərin həlli, təbiətin zənginləşdirilməsi istiqamətində də işlər aparır.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi ekoloji siyasətin bu gün ölkədə uğurla həyata keçirilməsinin nəticəsidir ki, AMEA şəhərciyi yaşıllıqlar məskəninə çevrilib. Dövlət tərəfindən bu sahədə görülən işlərə dəstək məqsədilə MEK ərazisi ətrafında ekologiyanın mühafizəsi MEK rəhbərliyi tərəfindən də daim diqqətdə saxlanılıb, yaşıllıq zolaqlarının bərpası və inkişaf etdirilməsi istiqamətində aparılan işlər prioritet vəzifəyə çevrilib.
16 avqust 2021-ci ildə Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən Mərkəzi Elmi Kitabxananın ərazisi ətrafında növbəti dəfə yaşıllaşdırma və mövcud yaşıllıqlara qulluq işləri həyata keçirilib. Ağacların dibləri yumşaldılıb, gül məhsulları əkilib, suvarma işləri aparılıb.
Yaşıllaşdırma tədbirlərinin aparılması ətraf mühitin qorunması və yaşıllıqların artırılması ilə yanaşı, ərazinin gözəlləşməsinə də xidmət edir.

AMEA Mərkəzi Elmi Kitabxnasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi