azia.az
azia.az

SON DƏQİQƏ! Azərbaycanda yüksək VƏZİFƏLİ ŞƏXSƏ cinayət işi açıldı - GÖRÜN NƏ EDİB

2-08-2021, 17:15

SON DƏQİQƏ! Azərbaycanda yüksək VƏZİFƏLİ ŞƏXSƏ cinayət işi açıldı - GÖRÜN NƏ EDİB

Mingəçevir bələdiyyəsinin sədri vəzifəsində işləmiş Coşqun Abdullayevin xidməti dövründə yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında şəhər prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

Mingəçevir şəhər prokurorluğundan Azia.az-a verilən məlumata görə, aparılmış istintaqla Coşqun Abdullayevin bələdiyyənin sədri vəzifəsində işlədiyi 2013-cü ildən 2020-ci il tarixədək olan müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşlar arasında nüfuz qazanmaq və özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə bələdiyyə adından şəhər sakinlərinin istifadələrinə torpaq sahələrinin ayrılmasına dair saxta bələdiyyə qərarları tərtib etməsi, rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığı etməsi müəyyən edilmişdir.

İş üzrə toplanmış sübutlar əsasında Coşqun Abdullayevə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə ittiham elan edilmiş, hazırda istintaq tamamlanaraq cinayət işi baxılması üçün Mingəçevir şəhər məhkəməsinə göndərilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi