azia.az
azia.az

Səhər yuxudan rahat oyanmaq üçün bunları edin

2-08-2021, 11:26


Hər səhər yuxudan oyanmağa çətinlik çəkənlər sadəcə bir neçə addımla yataqdan daha erkən qalxa biləcəklər.
Səhər yuxudan rahat oyanmaq üçün bunları edin
Bildirilir ki, çox yatmağın bir sıra səbəbləri var. Həmin səbəbləri aradan qaldıraraq daha erkən ayılmaq üçün bu məsləhətlərə əməl etməyiniz yetər.

Səhhətinizdə problemlərin olması yataqdan qalxa bilməməyiniz üçün ilkin səbəblərdən biri hesab edilir. Buna görə faydalı və keyfiyyətli qidalar qəbul edərək səhhətinizə diqqət edin.

Zəngli saatı söndürməyinizi xatırlamırsınızsa, bu zaman onu yatağınızın yanına deyil, bir az uzağa qoyun. Saatı söndürmək üçün yataqdan qalxmağınız yuxudan ayılmağınıza kömək edəcək. Əgər qaranlıqda yatmağı sevirsinizsə, işıqlı, zəngli saata üstünlük verin. Daha erkən ayılmağınız üçün bu da ən yaxşı vasitələrdən biri hesab edilir.

Gecə yatmazdan öncə alkoqollu və kofeinli içkilər qəbul edənlərdə yuxu ilə bağlı bir sıra problemlər yaranır. Bu cür içkilərin yuxuya getməyinizə maneə olacağını unutmayın.

Yataqdan qalxarkən uzun müddət yuxulu olursunuz? Buna görə yatağınızın kənarına portağal, üzüm və ya nanə ətirli yağlar qoyun. Bu ətirləri qoxulamaqla yuxudan daha tez ayılacaqsınız.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi