azia.az
azia.az

Xankəndində ÇAXNAŞMA - Azərbaycan Ordusu şəhərə girib? - Tadevosyan əhalini sakitləşdirməyə çalışır

1-08-2021, 15:13


Məlum olduğu kimi, Qarabağ bölgəsindəki Rusiya sülhməramlı qüvvələrinin nəzarət zonasında fəaliyyət göstərən erməni separatçı administrasiyasının nümayəndələri erməni əhalisinə xüsusi formada müraciət ediblər.
Xankəndində ÇAXNAŞMA - Azərbaycan Ordusu şəhərə girib? - Tadevosyan əhalini sakitləşdirməyə çalışır
Azia.az erməni KİV-ə istinadən xəbər verir ki, bir gün əvvəl Xankəndinin erməni əhalisi arasında Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin şəhərə girməsi ilə bağlı məlumat yayılıb. Bu məlumat sosial şəbəkələrdə də geniş yayılıb.

Şəhəri tərk etmək qərarına gələn yüzlərlə Qarabağ ermənisi arasında gedən söz-söhbətə görə, Şuşa şəhəri yaxınlığında atışma və administrasiyanın bir hissəsinin Azərbaycanın qanuni hökuməti ilə əməkdaşlığa hazır olduğunu bildirməsi ilə nəticələnib.

Lakin separatçı administrasiyanın nümayəndəsi Hunan Tadevosyan əhalini sakitləşdirməyə tələsib və onları yeni həyata – Şuşa və Xankəndi ətrafında tez-tez atışmalara alışmağa çağırıb.

Tadevosyan deyib ki, Xankəndində kiçik bir polis qrupunun zabitləri gecə-gündüz növbədədir. Lakin erməni mətbuatının yazdığına görə, Tadevosyanın çıxışı şəhər əhalisini daha da təşvişə salıb. Və sosial şəbəkələrdə hələ də şəhərə daxil olan Azərbaycan Ordusunun bölmələri haqqında məlumat verirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi