azia.az
azia.az

Kəlbəcər istiqamətində yenə döyüş oldu

29-07-2021, 12:30

Kəlbəcər istiqamətində yenə döyüş oldu
Ermənistan tərəfi Azərbaycanla dövlət sərhədinin Kəlbəcər istiqamətində bir gün əvvəl baş vermiş şiddətli döyüşlərdən sonra Rusiya sülhməramlı qüvvələrinin komandanlığının vasitəçiliyi ilə əldə edilmiş atəşkəs razılaşmasını yenə kobud şəkildə pozub.

Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, iyulun 29-u saat 02:45-dən 03:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki mövqelərini avtomat və qumbaraatanlardan atəşə tutub. Mövqelərimiz tərəfə 10-12 ədəd F-1 əl qumbarası da atılıb.
Qarşı tərəf cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Kəlbəcər istiqamətində yenə döyüş oldu
Xatırladaq ki, iyulun 28-də gecə baş vermis döyüşlərdə Ermənistan ordusu 3 hərbçisini itirdiyini açıqlayıb, 4 hərbçi yaralanıb. Azərbaycan tərəfi 2 hərbçisinin yaralandığını bildirir. Həmin istiqamətdə tərəflərin mövqeləri bir-birinə çox yaxındır və Ermənistan ordusu günlərdir ki, Kəlbəcər tərəfdə təxribatlara əl atır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi