azia.az
azia.az

3 erməni hərbçisi ölüb, iki nəfər yaralanıb - YENİLƏNİB

28-07-2021, 12:44

Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində təxribat törətməyə davam edir.
Saat 08: 30-a olan məlumata görə, Ermənistan tərəfində 3 itki var, 2 hərbçi isə yaralanıb.

*** 09:19 ***

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində təxribat törətməyə davam edir.

İyulun 28-i saat 00:50 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub.

Qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçumuz - Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların həyatları üçün təhlükə yoxdur.

Ermənistan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, erməni tərəfində iki yaralı var, beş hərbçi ilə bağlı məlumatlar isə dəqiqləşdirilir. Bildirilib ki, hazırda sərhəd bölgələrdə döyüşlər gedir.

Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi