azia.az
azia.az

“Qarabağ müharibəsi qəhrəmanları” fonduna yeni nəşrlər daxil olub

28-07-2021, 03:26



“Qarabağ müharibəsi qəhrəmanları” fonduna yeni nəşrlər daxil olub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) fəaliyyət göstərən “Qarabağ müharibəsi qəhrəmanları” fonduna nəşrlər toplanmaqda davam edir. Daxil olan nəşrlər fondu daha da zənginləşdirərək, tariximizin kitablar vasitəsilə gələcək nəsillərə ötürülməsi üçün olduqca böyük əhəmiyyət daşıyır. Fonda yeni daxil olan nəşrlər sırasında Qəzənfər Paşayevin “Xilaskarlar”, Rahil Məmmədin “Vətən oğlu”, həmçinin redaktoru Çinarə Ömray olan zəfər şəhidi baş leytenant Vüsal Kazımova həsr edilmiş “Vətən Vüsal dedi” adlı kitablar mövcuddur.

“Xilaskarlar” kitabında müəllif ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin və xalqımızın tarixindəki mühüm rolundan bəhs edib.
“Qarabağ müharibəsi qəhrəmanları” fonduna yeni nəşrlər daxil olub
Nəşrlər sırasında yer alan Rahil Məmmədin müəllifi olduğu “Vətən oğlu” adlı kitabda Azərbaycanın Milli Qəhrəmanı şəhid Murad Mirzəyev haqqında poema və vətənpərvərlik mövzusunda şeirlər toplanıb.

“Vətən Vüsal dedi” adlı kitab Azərbaycan Ordusunun baş leytenantı, Vətən müharibəsi zamanı Füzuli əməliyyatında, Cəbrayıl uğrunda gedən döyüşlərdə, Xocavənd rayonunun və Şuşanın azad edilməsində qəhrəmancasına iştirak edərək şəhidlik zirvəsinə ucalan Vüsal Kazımov haqqındadır.

Qeyd edək ki, sözügedən nəşrlər MEK-in e-kataloquna daxil edilərək rəqəmsallaşdırılır.

AMEA Mərkəzi Elmi Kitabxanasının


İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi