azia.az
azia.az

Xoruldamağın altında ciddi xəstəlik ola bilər - ƏLAMƏTLƏRİ

22-07-2021, 12:15


Xoruldamağın altında ciddi səbəblər ola bilər.

Milli.Az xəbər verir ki, türkiyəli həkim Şenel Alkır hər kəsin bunu yaşaya biləcəyini bildirib:

"Fərqli problemlərdən qaynaqlanan xoruldamaq adətən burun, ağız və boğaza bağlı olsa da yaşam tərzi və vərdişlər də buna səbəb ola bilər.

Uzun müddət davam edən, kəsik-kəsik nəfəs alma ilə davam edən xoruldamağınız varsa, bu durum mütləq araşdırılmalıdır. Burun ucu və qırtlaq girişi arasında hər-hansı bir darlıq və ət büyüməsi, hava yolunu sıxışdıran və hava keçməsini əngəlləyən səbəblər, burunda əyrilik, burun əti, sinuzit, böyük badamcıqlar, artıq çəki, burun, boğaz və çənə şəkli ilə bağlı problemlər, kiçik dil və ya yumşaq damaq şişməsi, alkoqol, yuxu dərmanı, hamiləlik, yorğunluq, yatma pozisiyası, yüksək təzyiq, ürək xəstəlikləri, yuxu apnesi, yetərli və düzənli yata bilməmək kimi problemlər buna səbəb ola bilər. Öz xorultunuza oyanırsınızsa, yuxuda kəsik-kəsik nəfəs alırsınızsa, yuxuda nəfəsiniz kəsilirsə bunları ciddiyə almalısınız. Bunların altında çox ciddi xəstəliklər ola bilər. Səhərlər boğaz ağrısı, baş ağrısı, yorğunluq, halsızlıq, döyüntü, yuxuya getməkdə çətinlik, əsəbilik, diqqət pozuntusu və yuxuya meyillilik ciddi xəstəliklərin əlaməti ola bilər".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi