azia.az
azia.az

Ermənistan bu əraziləri Azərbaycana təhvil verməli, ya da... - AÇIQLAMA

16-07-2021, 11:30


Dünya dövlətlərinin mütləq əksəriyyətinin Ermənistanın ərazi bütövlüyünü SSRİ-də müəyyən edilmiş sərhədlər daxilində tanımasına baxmayaraq, Azərbaycan Respublikası ilə vəziyyət hüquqi baxımdan fərqlidir.
Ermənistan bu əraziləri Azərbaycana təhvil verməli, ya da... - AÇIQLAMA
Azia.az Publika.az-a istinadən xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov qeyd edib.

Politoloq əlavə edib ki, Ermənistan indi və müstəqilliyini bərpa etdikdən sonrakı bütün dövrlərdə ölkəmizin ərazi bütövlüyünü tanımayıb, hətta silahlı təcavüz, Azərbaycan əhalisinin etnik təmizlənməsi və işğal altındakı torpaqları ilhaq etmək cəhdi həyata keçirib:

"Qarşılıqlıq prinsipinə əsaslanaraq ərazi bütövlüyümüzün rəsmi şəkildə tanınmasına qədər qonşu dövlətin ərazisini mənsubiyyəti sonrakı danışıqlar zamanı müəyyənləşdiriləcək mübahisəli ərazi kimi nəzərdən keçirmək hüququnu əldə edirik.

Azərbaycanın Ermənistana qarşı iddiası 2 əsas mövzudadır. Birincisi, Azərbaycanın bir hissəsinin (bolşeviklərin işğalı zamanı Zəngəzur ölkəmizin bir hissəsi idi) bolşeviklər tərəfindən qanunsuz olaraq Ermənistan SSR-ə verilməsi ilə əlaqəli tarixi mövzu.
İkincisi isə, hakimiyyətin Ermənistana ötürülməsindən sonrakı dövrdə yerli azərbaycanlı əhalinin etnik təmizlənməsi mərhələli şəkildə həyata keçirildiyi üçün humanitar mövzudadır.

Buna görə də məqsədimiz bu əhalinin hüquqlarını və ən əsası öz torpaqlarında yaşamaq hüquqlarını bərpa etməkdir. Azərbaycan hökuməti hesab edir ki, Ermənistan bu əraziləri Azərbaycana təhvil verməli və ya bu ərazilərin birgə idarə olunması, bu ərazilər üzərində beynəlxalq nəzarət, yaxud bu ərazilərin xüsusi statusu variantlarını nəzərdən keçirməlidir. Səsləndirilən bütün tezislər beynəlxalq hüquq normalarına zidd deyil və dünya praktikasında presedentlərə malikdir".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi