azia.az
azia.az

Qurban ətini spirtli içki ilə yemək olar? - Hacı Şahin AÇIQLADI

15-07-2021, 20:38

Qurban ətini spirtli içki ilə yemək olar? - Hacı Şahin AÇIQLADI
Azərbaycanda Qurban bayramına sayılı günlər qalır.
Qurban ətini spirtli içki ilə yemək olar? - Hacı Şahin AÇIQLADI
Azia.az Qurban bayramı ilə bağlı tez-tez verilən suallardan bəzilərinə aydınlıq gətirməyə çalışıb.

Qurban əti ilə spirtli içki qəbul etmək olarmı?

"Məşədi Dadaş" məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib ki, dinimizdə spirtli içki içmək haram buyurulub:


"Dinimizdə spirtli içki içmək haram əməldir. İstər qurban, istərsə adi ətlə içki içmək dinimiz tərəfindən günah hesab olunur. Ancaq elə insanlar var ki, spirtli içki qəbul edirlər. Ancaq qurban ətinə hörmət əlaməti olaraq həmin ətlə içki içmirlərsə, bunu təqdir etmək lazımdır. Hər halda bu da bir hörmətin, sayğının təzahürüdür.

Hər hansı işlə əlaqədar deyilən qurbanı Qurban bayramında kəsmək olarmı? sualına isə Hacı Şahin belə cavab verib:

"İnsan Həcc ziyarətində deyilsə, vətənindədirsə nəzir qurbanını məhz Qurban bayramında da kəsə bilər.

Qurban bayramının vacib əməllərindən olan Həcc ziyarətini edib, qurban kəsməkdir. Bəs kimlər qurban kəsə bilməz?

Hacı Şahin bildirib ki, Həcc ziyarətində olmayan şəxslərə qurban kəsmək vacib deyil: "Əvvəla onu bildirim ki, qurban kəsmək yalnız həcc ziyarətində olan insanlara vacibdir. Həccdə olmayan insanlar qurban kəsməyə də bilər. Ancaq qurban kəsmək böyük bir fəzilətli əməldir, savab bir işdir. İnsanlara yardım əhval-ruhiyəsini aşılayır. Qurbanı yalnız imkanı olan kəslər kəsə bilər. Yəni kiminsə qurban kəsməyə imkanı yoxdursa, onun üzərində qurban kəsmək kimi bir vəzifə yoxdur. İmkanı olmayan insanlar qurban kəsməkdən azad olunurlar. Yalnız imkanı olan şəxslərin qurban kəsib, ehtiyacı olan insanlara paylamaları böyük savabdır. Qurbanın əsas şərti də imkanın olmasıdır".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi