azia.az
azia.az

Ölkənin tanınmış geoloqları ilə görüş keçirilib

5-07-2021, 21:11


Ötən ilin dekabrında, müharibənin başa çatmasından təxminən bir ay sonra Hadrut ətrafındakı Köhnə Tağlar və Çaylaqqala kəndləri yaxınlığında yaxalanmış erməni silahlı dəstəsindən olan 13 nəfərlik qrupun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Virtualaz.org xəbər verir ki, dəstə üzvləri terror-təxribat, diversiya əmllərində, mülki şəxslərə və hərbçilərə qarşı silahlı hücumlar həyata keçirməkdə və digər bu cür əməllərdə ittiham olunurlar.
Ölkənin tanınmış geoloqları ilə görüş keçirilib
Bu dəfə məhkəmə önünə çıxarılanlar aşağıdakılardır: Karapetyan Rafik Robertoviç, Qolayan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşak Merojanoviç, Yerğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrekyan Vahagen Edikoçiv, Soğomanyan Setrak Samveloviç, Dilanyan Arman Vazgenoviç, Martoyan Manuk Xovanesoviç, Anbardanyan Vels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç, Qriqoryan Feliks Arşakoviç.





Xatırladaq ki, ötən həftə həmin silahlı dəstənin bir qrupu üzərində məhkəmə prosesi başa çatıb və onlara yüngül cəza-6 ay həbs verilib. Həmin müddəti artıq həbsdə qaldıqları üçün sərbəst buraxılıblar və Rusiyanın vasitəçiliyi ilə Ermənistana qaytarılıblar.

Hazırda məhkəmə önündə dayanan qrup üzvlərindən biri Feliks Qriqoryan ifadəsində ötən ilin noyabrında hərbi komisarlığa dəvət olunduğunu, silah-sursatla təmin edildiyini deyib: “Mənə dedilər ki, əgər gəlməsən, barəndə cinayət işi başlanacaq. Polkovnik-leytenant Arsen Kazaryan bizə komandir təyin edilmişdi. Hərbi komissarlıqda gecə avtobuslara yola düşdük. Səhər tezdən Laçına çatdıq. Rusiya sülhməramlılarının yanından ötüb dağlara tərəf getdik. Komandirimiz Arsen Kazaryan bizə oranın Azərbaycan torpağı olduğunu demədi. Bizə demişdilər ki, sərhədləri qoruyacaqsınız. On dörd günə yaxın orada qaldıq. Sonra dağdan (Ziyarət dağı,-red.) aşağı düşməyimizi əmr etdilər. Aşağı enəndə Azərbaycan ordusu tərəfindən tutulduq. Silahlarımızı təhvil verib, təslim olduq”,



Təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi ziddiyət yaranıb. Bu səbəbdən onun istintaqa verdiyi ifadə elan edilib. F.Qriqoryan məhkəməyə verdiyi ifadəni təsdiqləyib.

Daha sonra Vels Anbardanyan dindirilib. Vels də analoji ifadə verib, “həmin ərazinin Azərbaycan torpaqları olduğunu bilməmişik” deyib: “10 noyabr bəyanatından xəbərim olub. Bilirdim ki, Laçını Azərbaycana təhvil verməliyik. Lakin biz Laçına gələcəyimizi bilmirdik. Yalnız Laçına çatandan sonra xəbərimiz olub ki, biz i buraya gətiriblər”.

Digər təqsirləndirilən Andranik Mikaelyan isə ifadəsində müharibə zamanı Cəbrayıl istiqamətində olduğunu deyib: "Cəbrayılın Azərbaycanın ərazisi olduğunu bilirdim. Amma buna etiraz edə bilmirdim. Çünki əmrə tabe olmasaydım həbs ediləcəkdim. Mən çağırışçı idim. Azərbaycan tərəfi hər gün irələyirdi. Bizim ordumuzun itkiləri var idi. Bir müddət sonra bir neçə hərbi qulluqçu ilə birgə oradan qaçdıq. Mən oktyabrın 17-də artıq öz evimdəydim”.

A.Mikaelyan da digərləri kimi hərbi polisdən evlərinə zəng edildiyini, hərbi komissarlığa çağırıldığını deyib: “Dedilər ki, əgər komissarlığa gəlməsən həbs olunacaqsan”.

Məhkəmə prosesi fasilədən sonra davam edəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi