azia.az
azia.az

FHN Xəzərdə püskürən palçıq vulkanından görüntüləri yaydı

5-07-2021, 13:27


FHN Xəzərdə püskürən palçıq vulkanından görüntüləri yaydı
Fövqəladə Hallar Nazirliyi ötən gün axşam saatlarında Xəzərdə, Daşlı adasında püskürən palçıq vulkanı rayonundan əməliyyat çəkilişlərini yayıb. Nazirliyin bu gün yaydığı məlumatda deyilir ki, ilkin araşdırma zamanı dənizdə neft-qaz hasilatı, digər sənaye və nəqliyyat infrastrukturlarına aid obyektlərdə hər hansı fövqəladə hadisənin baş vermədiyi müəyyən olunub.


Bu gün səhər erkən saatlardan Nazirliyin Aviasiya dəstəsinin helikopteri cəlb olunmaqla Xəzər dənizində kəşfiyyat uçuşlarına başlanılıb. Uçuş zamanı dənizin Salyan rayonu istiqamətində, sahildən təqribən 30 kilometr məsafədə Daşlı adasında, ilkin müşahidələrə əsasən, palçıq vulkanının püskürməsi faktı təsbit olunub. Hazırda vulkanın kraterində nisbətən kiçik alov müşahidə olunur. Vulkanın dənizdəki neft-qaz infrastrukturu və digər obyektlər, habelə insan həyatı üçün təhlükəsi yoxdur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi