azia.az
azia.az

Daxili İşlər Nazirliyi Milli Məclisin deputatının 211-ci maddə ilə cərimələndiyini açıqladı

28-06-2021, 17:40




Səbail rayon Polis İdarəsi Milli Məclisin deputatı Ramil Həsənov, onu müşaiyət edən şəxslər və Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev arasında bu gün səhər saatlarında Bakıdakı “Four Seasons” otelində baş vermiş çəkişmə barədə araşdırma aparıb. DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov virtualaz.org-a bildirib ki, araşdırma nəticəsində həmin çəkişmədə 10 nəfərin iştirakı müəyyən olunub. Onların hamısı Səbail rayon Polis İdarəsinə dəvət olunublar. Araşdırma nəticəsində müəyyən olunub ki, otelin foyesində sözlü mübahisə baş verib.
Daxili İşlər Nazirliyi Milli Məclisin deputatının 211-ci maddə ilə cərimələndiyini açıqladı
Ancaq Milli Məclisin deputatı Ramil Həsənov karantin rejiminin tələblərini pozub və qapalı məkanda tibbi maskadan istifadə etməyib. Bununla bağlı deputat İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə cərimələnib. Vəkil Muxtar Mustafayevə isə xəbərdarlıq edilib.

DİN Səbail rayon Polis İdarəsi bu gün səhər saatlarında Bakının mərkəzindəki “Four Seasons” otelində baş vermiş insidentlə bağlı araşdırma aparıb. DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov virtualaz.org-a bildirib ki, araşdırma nəticəsində ictimai qaydanı və ölkədə tətbiq edilmiş “maska rejimini” pozan şəxslər müəyyən edilib.

Söhbət Milli Məclisin deputatı Ramil Həsənovdan, onu müşaiyət edən şəxslərdən və vəkil Muxtar Mustafayevdən gedir. Münaqişənin bütün iştirakçıları və qanunu pozanlar Səbail rayon Polis İdarəsinə dəvət olunublar. E.Zahidov bildirib ki, məsələ ilə bağlı Azərbaycan qanunvericiliyinə uyğun tədbirlər görüləcək. İctimaiyyət araşdırmanın nəticələri barədə məlumatlandırılacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi