azia.az
azia.az

Azərbaycan ordusuna müharibə vaxtı 400 min dollar yardım etdiyi deyilirdi...

28-06-2021, 17:38



Türkiyənin məşhur müğənnisi, meqa-star Ajda Pekkan Qurban bayramı günlərində Azərbaycanda hansısa əyləncə mərasimində çıxış etmək təklifi alıb. Türkiyə KİV-lərinin xəbərlərinə görə, ona 100 min avro qonorar vəd edilib. Lakin müğənni bu təklifdən imtina edib, çünki bu yay ayları ərzində Bodrumdan kənara çıxmaq fikrində deyil və bütün yayı oradakı villasında keçirəcək.


Azərbaycan ordusuna müharibə vaxtı 400 min dollar yardım etdiyi deyilirdi...
Dəvətin hansı otel və ya fərdi şəxs tərəfindən edildiyi göstərilmir. Ajda Pekkan ötən ilin payızında Qarabağda müharibə gedərkən Azərbaycana dəstək mesajları ilə çıxış etmişdi. Düşmən Gəncəni gecə yarısı ballistik raketlə atəşə tutaraq onlarla dinc sakinin ölümünə səbəb olanda müğənni özünün İnstagram səhifəsindən yazmışdı: “Azərbaycanlı qardaşlarıma gecə yarısı yataqda üzərlərinə bomba atılmasını şiddətlə qınayıram. Torpaqlarını geri almaq üçün canını fəda etməyə hazır olan əsgərlərimizə və ən başda hörmətli İlham Əliyevə uğurlar diləyirəm”.

Ajda Pekkan daha sonra “Dünyamıza sülh və barış” arzu edib, Türkiyə olaraq daim Azərbaycanın yanında olacaqlarını ifadə edib. Həmin günlərdə Türkiyə mediası yazıb ki, Ajda Pekkan Azərbaycana sözlə dəstək verməklə kifayətlənməyib və Orduya Yardım Fonduna 400 min dollar ianə edib. Hərçənd müğənninin özünün bu haqda paylaşımı və ya açıqlaması yoxdur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi