azia.az
azia.az

“Range Rover”lə YPX maşınını vuran sərxoş sürücü HƏBS EDİLDİ – FOTO

27-06-2021, 13:14


İyunun 21-i paytaxtın Heydər Əliyev prospektində qaydaları pozan 10-VP-999 qeydiyyat nişanlı “Range Rover” markalı avtomobilin sürücüsü yol polisinin saxla işarəsinə məhəl qoymayaraq qaçmağa çalışıb.
Bu zaman yol polisi əməkdaşları onu saxlamağa çalışarkən sürücü 99-YP-457 qeydiyyat nişanlı YPX avtomobilini qəsdən vuraraq qaçıb. Daha sonra sürücü süni tıxac yaradılaraq dayandırılıb.
“Range Rover”lə YPX maşınını vuran sərxoş sürücü HƏBS EDİLDİ – FOTO
Saxlanılan zaman məlum olub ki, avtomobili idarə edən Qasımzadə Davud Mirqabil oğlu sərxoş vəziyyətdədir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovniki Vaqif Əsədov açıqlamasında bildirib ki, sürücü barəsində toplanılmış materiallar baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib.

İnzibati Xətalar məcəlləsinin 333.3, 511.1.3 və 535.1-ci maddələri ilə təqsirli bilinən sürücü məhkəmənin qərarı ilə 30 gün müddətinə inzibati qaydada həbs edilib və sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi