azia.az
azia.az

Mərkəzi Nəbatat Bağında seleksiya üsulu ilə yeni qızılgül sortları yetişdirilib

22-06-2021, 18:52



     Mərkəzi Nəbatat Bağında seleksiya üsulu ilə yeni qızılgül sortları yetişdirilib
Uzun illərdir Mərkəzi Nəbatat Bağında dekorativ qızılgüllərin introduksiyası, seleksiyası və kolleksiya genofondunun yaradılması istiqamətində tədqiqat işləri aparılır. Hazırda Bağın kolleksiyasında qızılgülün introduksiya olunmuş 594 sort, seleksiya və hibridləşdirmə üsulu ilə alinmiş 31 sort və 900-dən artıq hibrid formaları toplanmışdır. Yeni yaradılmış sortlardan üçü - “Əsrin Müqaviləsi, “Sarı gəlin”, “Nazpəri” hələ 2008-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komisiyası tərəfindən yüksək qiymətləndirilmiş, Dövlət Reyestrinə daxil edilmiş və müəllifi “Çiçəkçilik” laboratoriyasının rəhbəri, b.ü.f.d., dosent Asəf İsgəndərova patent və müəlliflik şəhadətnamələri verilmişdir.      Mərkəzi Nəbatat Bağında seleksiya üsulu ilə yeni qızılgül sortları yetişdirilib
     Mərkəzi Nəbatat Bağında seleksiya üsulu ilə yeni qızılgül sortları yetişdirilib
Dekorativ bitkilər üzrə seleksiyaçı alimlərimizin yetişdirdikləri daha yeddi sort: “Abşeron Simfoniyası”, “Şərgin səhəri”, “Akademik Həsən Əliyev”, “Akademik Cəlal Əliyev”, “Professor Lütfi Zadə”, “Leyla”, “Qara gilə” – Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən yeni seleksiya nailiyyəti kimi qiymətləndirilmiş, 2021-ci ilin Dövlət Reyestrinə daxil edilmiş və müəllifləri b.ü.f.d., dosent Asəf İsgəndərova və b.ü.f.d. Ofeliya Qafarovaya patent və müəlliflik şəhadətnamələri verilmişdir.
Mərkəzi Nəbatat Bağının “Çiçəkçilik” laboratoriyasında dekorativ bitkilərin selesiyası istiqamətində tədqiqatlar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi