azia.az
azia.az

"Qaçqın" statusu nə vaxt ləğv olunacaq? - AÇIQLAMA

22-06-2021, 10:43


"Ərazilərimiz işğaldan azad olunub və qaçqınlarımız öz doğma yurdlarına qayıtmalıdırlar".
"Qaçqın" statusu nə vaxt ləğv olunacaq? - AÇIQLAMA
Azia.az xəbər verir ki, bu sözləri sonxeber.az-a açıqlama verən millət vəkili Azər Badamov deyib.

O bildirib ki, qanuna uyğun olaraq, azad olunan ərazilərə əhali 3 il müddətində köçürülməlidir:

"1990-cı illərdə öz yurdlarından uzaq düşən insanlara qaçqın statusu verildi. İndi isə torpaqlar işğaldan azad olunub və qanuna uyğun olaraq, 3 il müddətində onlar öz yurdlarına qayıtmalıdırlar. Bundan sonra isə "qaçqın" statusu onların üzərindən götürüləcək. 3 il müddətində Böyük Qayıdış tam şəkildə həyata keçirilməsə, köçürülməyən əhalinin üzərində qaçqın statusu hələ də qalacaq".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi