azia.az
azia.az

“Azərbaycan kişisi ilə həyatı boyu ailə qurmaram”

16-06-2021, 18:47


"Miss Azərbaycan"ın qalibi Səmra Hüseynova "Senzurasız Show News" verilişinin yeni buraxılışında sensasion açıqlamaları ilə gündəm yaradıb. O bildirib ki, model karyerasının ilk illərində valideynlərini yatızdıraraq evdən çıxırmış:
“Azərbaycan kişisi ilə həyatı boyu ailə qurmaram”
"Əvvəllər evdən gizli-gizli qaçıb çıxırdım. Dimedrol töküb ana, atanı yatızdırırdım, sonra çıxıb gedirdim. Çəkilişləri hamıdan gizlədirdim, çünki hamı əleyhinə idi. Gördülər ki, xoşbəxt deyiləm, yemirdim, içmirdim, həqiqətən intihar belə etmək istəmişəm. Əgər istədiyim həyatı yaşamıramsa, bu dünyaya niyə gəlmişəm. Kimin qaydaları ilə oturub-durmalıyam? Azad insanam, lüt doğulmuşam, niyə utanmalıyam, hamı eyni bədənə sahibdir.

Atam gördü ki, şəkillərdə pozğunluq və fahişəlik yoxdur. Ona görə də razılaşdı və dedi ki, istədiyin kimi yaşa".

Model etiraf edib ki, öz həmcinsi ilə gələcəkdə eşq yaşaya bilər:

"Kişilərdən qəlbim o qədər qırılıb ki... Mənim üçün kişi qadını sevdisə, yatağına yox, "zaksa" aparmalıdır".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi