azia.az
azia.az

"General dedi ki, bunu imzala, kəndləri qaytaraq" - Paşinyandan ŞOK AÇIQLAMA

6-06-2021, 03:17


Ermənistan Baş naziri Nikol Paşinyan keçmiş baş qərargah rəisi, general Onik Qasparyanın Qazax rayonunun 7 kəndini Azərbaycana qaytarmaq istəyindən danışıb.
"General dedi ki, bunu imzala, kəndləri qaytaraq" - Paşinyandan ŞOK AÇIQLAMA
Azia.az teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.
Onun iddiasına görə, Qasparyan baş qərargah rəisi olarkən həmin kəndlərin Azərbaycana qaytarılmasını əks etdirən sənədi ona imzalatmaq istəyib:

“Baş qərargah rəisi dedi ki, bu kağızı imzalayın. Dedim ki, əllərimi kəsəcəyəm, amma imzalamayacağam. Bunu görən dörd-beş nəfər insan var”.

Qasparyan Paşinyan tərəfindən ona qarşı irəli sürülmüş bu ittihamların əsassız olduğunu bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi