azia.az
azia.az

​Ermənistanla sərhəddə insident: Əsgərlərimiz erməniləri qovdu

6-06-2021, 03:13


Erməni mediası Gədəbəylə sərhəddə yerləşən Geqarkunik rayonunun Kut kəndi istiqamətində insident baş verdiyi haqda məlumat yayıb.


Xeber24.info bakupost.az -a istinadən xəbər verir ki, Kut kəndindən Azərbaycan sərhədlərinə daxil olan erməni çobanlarını ərazidən qovduğunu bildirib. İddia edilib ki, çobanın atı öldürülüb, 100 baş qoyunu isə müsadirə edilib.

Qeyd edək ki, Kut kəndi 1988-ci ilə qədər tam şəkildə azərbaycanlıların yaşadığı kənd olub və Zərzibil adlandırılıb. Ermənilər bu kəndə 1988-ci ildən, azərbaycanlılar Ermənistandan qovulandan sonra yerləşiblər.
Qarabağ işğal altında saxlanıldığı zaman isə ermənilər Kəlbəcər ərazisinə aid olan torpaqlardan istifadə etməyə, orda heyvanlar otarmağa başlayıblar.

44 günlük müharibədən sonra Ordumuz sərhədləri bərpa edərkən, Kut kəndinin üstündəki yüksəklikləri nəzarət altına alıb. Ermənilər isə ənənəvi olaraq ərazini əllərindən saxlamaq üçün bunu “müdaxilə” kimi qiymətləndirməyə çalışır, gərginlik yaradır və vaxtaşırı bu istiqamətdə diversiya törədirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi