azia.az
azia.az

Ermənistan ordusu Azərbaycana iki ədəd BM-21 “Qrad” “hədiyyə” etdi – FOTO

3-06-2021, 19:42


Azərbaycanın işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində iki ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi aşkar edilib.
Ermənistan ordusu Azərbaycana iki ədəd BM-21 “Qrad” “hədiyyə” etdi – FOTO
Bu barədə Caliber.az-a hərbi dairələrdəki mənbələrdən məlumat verilib.

Qurğular mərmiləri ilə birlikdə, atəşə hazır vəziyyətdə tapılıb. Döyüş meydanında düşmən tərəfindən tərk edilən silah çox yaxşı vəziyyətdə qalıb.

Aydındır ki, çaxnaşma içində geri çəkilən Ermənistan ordusu “Bayraktar”ın hədəfinə çevrilməmək üçün döyüş əməliyyatları zamanı onları ərazidən çıxartmağa cəsarət etməyib və gizlətməyə çalışıb.

“Qrad”ın yerləşdiyi ərazinin ətrafı minalanıb. Ancaq gizli olan hər şey gec-tez bəlli olur. Kiçik təmirdən sonra “Qrad”lar Azərbaycan Silahlı Qüvvələrinin istifadəsinə veriləcək.
Ermənistan ordusu Azərbaycana iki ədəd BM-21 “Qrad” “hədiyyə” etdi – FOTO
Ermənistan ordusu Azərbaycana iki ədəd BM-21 “Qrad” “hədiyyə” etdi – FOTO
Ermənistan ordusu Azərbaycana iki ədəd BM-21 “Qrad” “hədiyyə” etdi – FOTO
Ermənistan ordusu Azərbaycana iki ədəd BM-21 “Qrad” “hədiyyə” etdi – FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi