azia.az
azia.az

Dmitri Peskovun oğlu Şirin Quliyevlə ortaq oldu

1-06-2021, 20:51



Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun oğlu “Vecon Construction” şirkətinin səhmlərinin bir hissəsini alıb.
Dmitri Peskovun oğlu Şirin Quliyevlə ortaq oldu
Azia.az xəbər verir ki, Nikolay Peskovun həmin şirkətdəki ortağı azərbaycanlı Şirin Quliyevdir. Bu haqda Rusiya internet mənbələri bildirir.



Şirin Quliyev isə öz növbəsində Azərbaycan əsilli rusiyalı milyarder Araz Ağalarovun “Crocus” şirkəti ilə birlikdə “Corcus Expo Logistic” şirkətinin sahibidir. “Crocus” şirkəti Rusiyada dövlət büdcəsindən maliyyələşdirilən bir çox iri tikinti layihələrini həyata keçirir, o cümlədən “Vostoçnıy” kosmodromunun yarımçıq qalmış tikintisini davam etdirir.


Dmitri Peskovun oğlu Şirin Quliyevlə ortaq oldu
“Vecon Construction” şirkəti meşə materiallarının, tikinti materiallarının, sanitar-texniki avadanlıqların biznesi, mebel təmiri və ət satışı ilə məşğuldur. Nikolay Peskov şirkətin səhmlərinin 33 faizini mayın 27-də alıb. Bu haqda məlumat “SPARK-İnterfaks”da yer alır.

Şirin Yakuboviç Quliyevə gəldikdə isə onun Türkiyə vətəndaşlığı daşıdığı bildirilir, daha əvvəl restoran biznesi ilə də məşğul olub. Şirkətin özü digər türkiyəli biznesmen Cem Erbakış tərəfindən 2021-ci ilin mart ayında təsis edilib. Aprel ayında şirkət Zaxarova Mariya Borisovna adlı birinin adına rəsmiləşdirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi