azia.az
azia.az

Köhnə avtomobil sahiblərinə XƏBƏRDARLIQ - Qəfil maşınınız yana bilər - VİDEO

31-05-2021, 11:30

Köhnə avtomobil sahiblərinə XƏBƏRDARLIQ - Qəfil maşınınız yana bilər - VİDEO

Bakıda hərəkətdə olmayan avtomobil qəfil alışıb.

Xəbər verilir ki, hadisə ötən gün paytaxtın Xətai rayonu, Babək prospektində baş veib.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, yanğın "QAZ-3110" markalı minik avtomobilinin yük yerindən başlayıb. Dərhal yaxınlıqda olanlar yanğına müdaxilə ediblər.

Ətrafdan insanlar su gətirib avtomobil söndürməyə çalışsalar da, mümkün olmayıb. Əraziyə gələn yanğınsöndürənlər yanğını söndürə biliblər. Hadisə zamanı xəsarət alan olmasa da, minik avtomobilinin salonu və yük yeri yanıb.

Bənzər hadisələr Biləsuvar və Ağdaş rayonlarında da olub. Biləsuvarda "Qaz" markalı yük maşınının kabini yanıb. Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Ağdaşda isə "Mersedes" markal minik avtomobilinin yanar hissələri yanıb.

Bəs avtomobillər hansı səbəbdən yana bilər?

Ustalar deyirlər ki, yanğına səbəb avtomobillərin yanacaq sistemindən baş verən nasazlıq olur.

Yeni avtomobillərdə isə bu, çox nadir hallarda baş verir. İstehsal ili 5 ildən çox olmayan avtomobillərdə baş verən yanma hallarına isə adətən əlavə avadanlıqlara görə də rast gəlinir.


Usta Sahil Ağabəyli sürücülərə yay aylarında bəzi diqqət ediləsi vacib tövsiyələr verib.

Usta onu da bildirib ki, sürücülər avtomobildə yaranan xırda nasazlığa həssas yanaşmalıdırar.
İsti havalarda avtomobillər niyə yanır?


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi