azia.az
azia.az

Azərbaycan-Ermənistan sərhədində insident: erməni sərhədçilər Azərbaycan hərbçilərini qarşıdurmaya təhrik edib

2-05-2021, 16:39


Ötən gün sosial şəbəkələrdə Azərbaycan-Ermənistan sərhədçiləri arasında mübahisənin qeydə alındığı görüntülər yayılıb. Sözügedən hadisə Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində baş verib.
Azərbaycan-Ermənistan sərhədində insident: erməni sərhədçilər Azərbaycan hərbçilərini qarşıdurmaya təhrik edib
Görüntülərdə Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçiləri ilə erməni hərbçiləri arasında mübahisə yer alıb. Videoda Azərbaycan hərbçilərinin peşəkar davranışı, sərgilədiyi təmkin və prinsipiallıq böyük rəğbətlə qarşılanıb.


Videodan aydın görünür ki, yüksək hazırlıqlı Azərbaycan hərbçiləri qarşısında duruş gətirə bilməyən düşmən zabit və əsgərləri gülünc vəziyyətə düşürlər. Bu görüntülər Azərbaycan hərbçiləri ilə Ermənistan hərbçiləri arasında fərqi açıq-aşkar göstərir.

Qeyd edək ki, bu, Ermənistan sərhədçilərinin ilk təxribatı deyil. Beləliklə, 21 aprel tarixində Azərbaycan-Ermənistan sərhədindəki Zəngilan rayonunun Seyidlər kəndində yerləşən Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri Ermənistan hərbçilərinin atəşinə məruz qaldı. Daha sonra Rusiya sərhədçiləri Azərbaycan tərəfinə üz tutaraq təxribatın sərxoş vəziyyətdə olan şəxslər tərəfindən həyata keçirildiyini bildirdi. Rusiya tərəfinin müraciətini nəzərə alan Azərbaycan sərhədçiləri təmkin nümayiş etdirərək atəşə cavab verməyiblər.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan tərəfinə bu cür təxribatlar təkrarlanarsa, düşmənin məhv ediləcəyi barədə xəbərdarlıq edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi