azia.az
azia.az

Azercell-in sürətli mobil interneti yerin üstünü də, altını da əhatə etməyə davam edir

23-04-2021, 20:49

Azercell-in sürətli mobil interneti yerin üstünü də, altını da əhatə etməyə davam edir
Lider operator LTE şəbəkəsini hərtərəfli genişləndirir
Azercell bütün abunəçilərini daha stabil şəbəkə və daha yüksək sürətli internetlə təmin etmək məqsədilə 2021-ci il ərzində də LTE şəbəkəsini təkmilləşdirməyə davam edib. Görülən işlər sayəsində bu ilin əvvəlindən etibarən Azercell-in LTE şəbəkəsinin əhatə dairəsi əhəmiyyətli dərəcədə genişləndirilib.
Təkcə ötən il ərzində Azercell-in LTE şəbəkəsinin həm əhali baxımdan, həm də ərazi baxımdan coğrafi əhatəsi təxminən 11% genişləndirilib. Təkmilləşdirmə işlərinin aparıldığı müddət ərzində isə 2021-ci ilin mart ayının sonunadək şəbəkənin əhali üzrə əhatə dairəsi 85.3%-ə, coğrafi əhatə dairəsi isə 72,8%-dək artıb.
Layihə çərçivəsində 2021-ci ilin birinci rübü ərzində 201 LTE radio baza stansiyasında təkmilləşdirmə işləri aparılıb, mövcud 50 radio baza stansiyaya LTE texnologiyası əlavə olunub. Bununla da, LTE şəbəkəsinə aid bu stansiyaların ümumi sayı 2742-yə çatdırılıb.
Azercell-in gördüyü tədbirlər çərçivəsində Bakı metropoliteninin 18 stansiyası və tunellərində LTE-Daşıyıcı Birləşdirmə sistemi aktivləşdirilib və şirkət açılışa hazır olmaq üçün tam gücü ilə çalışır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi