azia.az
azia.az

Azərbaycan Sahibkarlar Konfederasiyası rayon nümayəndələri ilə görüş təşkil etdi

27-02-2021, 11:54


Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) “Regionların sosial-iqtisadi inkişafı istiqamətində dövlət dəstəyinin alətləri” mövzusunda rayon nümayəndələrilə müvafiq dövlət qurumları arasında görüş təşkil edib.
Azərbaycan Sahibkarlar Konfederasiyası rayon nümayəndələri ilə görüş təşkil etdi
Görüşdə Sahibkarlığın İnkişafı Fondu, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondunun nümayəndələri iştirak ediblər.

Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov ASK-nın rayon nümayəndələri, onların fəaliyyəti haqqında iştirakçılara qısa məlumat vermişdir. V.Zeynalov bildirmişdir ki, rayonlarda çalışan sahibkarlar onlar üçün nəzərdə tutulan dövlət dəstək tədbirləri və alətləri barədə müfəssəl məlumata malik deyillər. Belə tədbirlər iş adamlarını məlumatlandırmaqla yanaşı, onların qarşılaşdıqları çətinliklər barədə birbaşa müvafiq icra strukturuna sual yönəltmək və yerindəcə cavab almaq imkanı da yaradır.

Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini – Samir Hümbətov “Fondun vəsaitlərinin istifadəsi istiqamətləri”, Aqrar Kredit və İnkişaf Agentliyinin Kredit şöbəsinin müdir müavini Emil Xasanmadov “Kənd təsərrüfatı sahəsində kredit şərtləri”, “Aqrarkredit” QSC-nin Kredit departamentinin direktoru Vüqar Yaqubov “Kredit imkanları”, Aqrar Sığorta Fondunun nümayəndəsi Əli Əhmədov isə “Aqrar sığorta növləri” mövzularında çıxışlar ediblər. Sonra sahibkarların sualları cavablandırılıb və təklifləri dinlənilib.

Qeyd edək ki, Azərbaycan Sahibkarlar Konfederasiyasının 41 rayon nümayəndəsi fəaliyyət göstərir. Bu nümayəndələr dövlət-özəl dialoqunda regionlarda çalışan sahibkarların daha aktiv təmsil olunması və aparılan iqtisadi islahatlar, yeniliklər haqqında məlumatların təmsil olunduqları rayonlardakı iş adamlarına çatdırılmasında, yaranan sualların cavabının tapılmasında xüsusi rola malikdirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi