azia.az
azia.az

Azərbaycanda onlayın dələduzluq - FOTOLAR

26-02-2021, 15:50


Pandemiya ilə bağlı onlayın ticarətə ehtiyac yarandıqca sui-istifadə hallarına da rast gəlinir.
Azərbaycanda onlayın dələduzluq - FOTOLAR
Əsasən "Instagram"da səhifələr yaradaraq vətəndaşlara onlayın sifarişlər təklif edən şəxslər müxtəlif adlar altında dələduzluqla məşğul olurlar.

Bu səhifələrdən biri də "Philips Avent Baku"dur.

Səhifə Türkiyədən gətirilən müxtəlif çeşiddə elektron aparatları, uşaq məhsulları təqdim edərək izləyiciləri cəlb edir, lakin müştərilər onlayın ödəniş etdikdən sonra onlara heç bir məhsul çatdırılmır və izah verilmir.

Valyuta.Az xəbər verir ki, bu barədə arqument.az-a müştərilər məlumat veriblər.

Səhifədə qoyulan telefonlara da (0508555685) cavab verilmir.
Azərbaycanda onlayın dələduzluq - FOTOLAR
Ödəniş kartı isə Seyidov Eltun Mirqafar oğlunun adınadır. Ödənişlər "Kapital Bank"ın 4169741361983560 nömərəli kartına edilir.

Şikayətçilər deyirlər ki, 5-6 ay öncə etdikləri ödənişlərə görə heç bir məhsul ala bilməyiblər, şirkət də onlara heç bir cavab vermir. Bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət edənlər də olub. Lakin hələ ki heç bir addım atılmayıb.

Şirkətlə əlaqə saxlamaq cəhdləri nəticəsiz qalıb. Nə səhifədə qoyulan telefona, nə də səhifəyə yazılan mesajlara cavab verən olmayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi