azia.az
azia.az

FHN-in modul tipli xəstəxanasında MAAŞLAR QEYBƏ ÇƏKİLİB - VİDEOGİLEY

20-02-2021, 22:19

FHN-in modul tipli xəstəxanasında MAAŞLAR QEYBƏ ÇƏKİLİB - VİDEOGİLEY
FHN-in Zığda yerləşən modul tipli xəstəxanasında yanvar ayının əmək haqqlarının hələ də ödənilməməsi çoxsaylı tibb işçilərinin etirazı ilə nəticələnib. İşçilərin xəstəxana daxilindəki vəzifəli şəxslərə edilən müraciətlərinin cavabsız qalması, xəstəxana önündə etiraz aksiyalarının baş verməsinə səbəb olub. Təəssüf ki, bu addım da problemin həllində rol oynamayıb. Narazı işçi qüvvələr çarəni sosial şəbəkələrdə səs salmaqda görüblər.

KAİM.az xəbər verir ki, hazırda bütün məşhur sosial şəbəkələrin “post” və “comment” bölmələri həmin şəxslərin çarə axtarışını əks etdirən paylaşımlarla dolub-daşır. Bir neçə həkim daha da irəli gedərək, video çəkib və problemin məsul şəxslərinə müraciət edib.

FHN milyonlarla manat dövlət büdcəsi ilə müxtəlif tenderləri oyuncaq kimi əldə etməsinə baxmayaraq, maaş mövzusu ilə əlaqədar gecikmələrin olduğunu, əlaqədar qurumların yaxın zamanda ödənişləri verəcəyini bildirib.

Qeyd edək ki, tibb işçiləri bu vədlərin əsassız olduğunu, heç bir halda ödənişlərin verilmədiyini, əksinə maaşların azalması barədə öncədən xəbərdarlıq edildiyini deyir. Hətta, təcili tibbi yardım işçilərinin dekabr ayından bəri maaş almadığını, xadimələrin isə həkimlərdən yol pulu alaraq evə getdikləri qeyd olunur.

Belə önəmli dönəmdə ən müqəddəs peşələrdən birini icra edən tibb işçilərinin əmək haqqlarının hələ də ödənilməməsi, ölkədəki bəzi qurumların İlham Əliyev siyasətinə uymayaraq, özlərinə yeni xəritə çəkməsi məmur özbaşınalığının başlıca göstəricidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi