azia.az
azia.az

“Azinvest İnşaat” Vətən Müharibəsi iştirakçılarının əməkhaqqını vermir-İDDİA

20-03-2021, 11:51

İş icraçısı:Səfərov Vaqif Arif oğlu
“Azinvest İnşaat” Vətən Müharibəsi iştirakçılarının əməkhaqqını vermir-İDDİA
Bu gün Sabunçu rayonu Pirşağa qəsəbəsində yerləşən 10 saylı sanatoriya tipli internat məktəbinin qarşısında İkinci Qarabağ müharibəsinin iştirakçıları ilə birlikdə bir qrup fəhlə etiraz aksiyası keçirdi.

Etirazçıların sözçüsü , iş icraçısı Səfərov Vaqif Arif oğlu bildirdi ki, ““Azinvest İnşaat” QSC ilə aramızda bağlanan 08 oktyabr 2018-ci il tarixli müqaviləyə əsasən, sifarişçinin sifarişi əsasında Sabunçu rayonu Pirşağa qəsəbəsində yerləşən 10 saylı sanatoriya tipli internat məktəbində təmir-tikinti işləri ilə məşğul olmuşUQ. Məktəbin təmir-tikinti işlərini yüksək keyfiyyətlə yekunlaşdırıb, vaxtından əvvəl təhvi-təslim aktına imza ataraq təhvil vermişik. 2019-cu ilin payızında Birinci Vitse Prezident Mehriban xanım Əliyeva məktəbin açılışında iştirak etmiş, məktəbi öz məzunlarına təqdim edtmişdir. Buna baxmayaraq, təhvil-təslim aktı əsasında təhvil verilmiş işlərə görə sifarişçi “Azinvest inşaat” tərfindən bu günə qədər bizə yəni bu fəhlələrə külli miqdarda maddi və mənəvi zərər vurulmuşdur. Belə ki, Təhvil-Təslim aktlarına əsasən sifarişçi tərəfindən bu günə qədər bizə yəni bu fəhlələrə 108.000(yüz səkkiz min) manat məbləğində pul vəsaiti ödənilməmiş və bununla da bizə 50 min manat mənəvi zərər vurmuşlar. “-deyə sözlərinə yekun vurdu. Sonra isə Vətən müharibəsinin qəhrəman döyüşçüləri də çıxış etdilər. Onlardan Əsgərov Məhərrəm Musa oğlu, hansı ki, Füzulinin, Qubadlının, Cəbrayılın İşğaldan azad olunmasına görə Prezident İlham Əliyev tərəfindən medallarla təltif olunmuşlar. Ağazadə Emil Elmir oğlu da cənab Prezident tərəfindən Füzulinin, Qubadlının, Cəbrayılın işğaldan azad olunmasına görə medalları ilə təltif olunmuşlar. Onların sözlərinə görə, “44 günlük müharibə ərəfəsində bir dəfə də olsun bizim ailələrlə maraqlanan olmayıb. Onların köməklikləri bir yana bizim əmək haqqımızı belə vermirlər. Qarabağı azad elədik, amma bunlarda pullarımızı ala bilmirik. Ümidimiz yalnız Prezidentimizədir”-deyə bildirdilər. Etirazçıların sözçüsü onu da bildirdi ki, məvaciblərimizi vermədiklərinə görə sarsıntı keçirmiş, 09 noyabr 2019-cu ildə ağır ürək əməliyyatı keçirmişəm.
Əsgərov Məhərrəm Musa oğlu
“Azinvest İnşaat” Vətən Müharibəsi iştirakçılarının əməkhaqqını vermir-İDDİA

Redaksiya olaraq “Azinvest İnşaat” QSC-nin sədri Teymur Teymurovla əlaqə saxladıq. Lakin telefonu açıb mövzunun nədən ibarət olduğunun öyrənən kimi susdu və telefonu söndürdü. Biz də mətbuat ictimai-rəy yaradır prinsipinə sadiq qalaraq materialıı tədbir görülməsi üçün Preziden İlham Əliyevə, Vitse Preziden Mehriban xanım Əliyevaya ünvanlayırıq.

Ağazadə Emil Elmir oğlu
“Azinvest İnşaat” Vətən Müharibəsi iştirakçılarının əməkhaqqını vermir-İDDİA

“Azinvest İnşaat” Vətən Müharibəsi iştirakçılarının əməkhaqqını vermir-İDDİA
“Azinvest İnşaat” Vətən Müharibəsi iştirakçılarının əməkhaqqını vermir-İDDİA


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi