azia.az
azia.az

“Xüsusi təyinatlılar” azərbaycanlı "qanuni oğru"nun QARŞISINDA DİZ ÇÖKDÜ - FOTO

3-02-2021, 13:57


Kriminal aləmdə “Albert Rıjiy” kimi tanınan “qanuni oğru” Əli Heydərovun 40 illik yubiley gecəsində xüsusi təyinatlıların formasını (tanınma nişanları, şevronlar olmadan) geyinən artistlər onun qarşısında diz çökərək şou göstəriblər. Bu barədə Rusiyanın “Prime Crime” İnformasiya Agentliyinin redaktoru Viktoriya Qefter məlumat yayıb.
“Xüsusi təyinatlılar” azərbaycanlı "qanuni oğru"nun QARŞISINDA DİZ ÇÖKDÜ - FOTO
Onun sözlərinə görə, iki gün öncə Moskva yaxınlığında yerləşən “Ocaq” restoranının ümumi zalına əyinlərində xüsusi təyinatlıların geyimi olan şəxslər daxil olublar. “Xüsusi təyinatlılar” səbəbkara yaxınlaşaraq onun qarşısında diz üstə çöküblər və təzim ediblər.



Bu qurama “tamaşa” güc strukturlarının da qəzəbinə səbəb olub. “90-cı illərdə cinayətkarlar, quldurlar özlərinə rəva bilmədiklərini Moskvada yaşayan bəzi “qanuni oğru”lar hüquq mühafizə orqanlarındakı əlaqələri sayəsində həyata keçirirlər”- Rusiya Daxili İşlər Nazirliyindəki mənbədən bildirilib.
“Xüsusi təyinatlılar” azərbaycanlı "qanuni oğru"nun QARŞISINDA DİZ ÇÖKDÜ - FOTO
V.Qefter həmçinin ötən il cinayət axtarış şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbriləri zamanı saxlanılan “Petrik” ləqəbli nüfuzlu “qanuni oğru” Aleksey Petrovun onurğasının sındırılmasını da xatırladıb.



Qeyd edək ki, Əli Heydərov 1981-ci ildə Gəncədə anadan olub. 1996-cı ildə Rusiyanın Arxangelsk şəhərinə köçüb. Bir müddət sonra Arxangelskdəki “Komsomolskaya” mütəşəkkil cinayətkar dəstəyə qoşulub. 2000-ci ildə oğurluq, qəsdən sağlamlığa ağır zərər vurma, ölümə cəhd kimi maddələrlə ittiham olunaraq 6 il azadlıqdan məhrum edilib. Həbsdən çıxdıqdan sonra kriminal aləmin “xaç atası” sayılan “Ded Xasan”ın klanına daxil olub. 2012-ci ildə “Ded Xasan” tərəfindən taclandırılıb.

Ötən ilin iyununda “Albert Rıjiy”nin vəsatəti təmin edilib. Məhkəmənin qərarı ilə cəzasının çəkilməmiş hissəsi - 13 ayı şərti hesab edilərək azadlığa buraxılıb. Məhkəmə prosesi zamanı “Albert Rıjiy” təqsirini etiraf edərək peşman olduğunu deyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi