azia.az
azia.az

"WhatsApp" haqqınızda hər şeyi gizlicə ötürəcək - Yeni dünyaya xoş gəldiniz

11-01-2021, 13:35




WhatsApp messenceri istifadəçilərlə anlaşmanı yeniləyib. Bundan belə WhatsApp-dan istifadə edən hər kəs öz şəxsi, konfidensial məlumatlarının Facebook korporasiyaına verilməsinə "könüllü" razılıq verməlidir.
"WhatsApp" haqqınızda hər şeyi gizlicə ötürəcək - Yeni dünyaya xoş gəldiniz
Yeni anlaşmada deyilir: "Facebook korporasiyasının bir hissəsi olan WhatsApp istifadənin xasiyyəti, zövqü, nəyə üstünlük verməsi və s. ilə bağlı gərəkli informasiyanı korporasiyadakı bütün başqa proqram əlavələri ilə bölüşəcək.
Bu, istifadəçinin tələbatını və istəklərin nəzərə almaqla reklamın fərdi seçimi servislərinin yaxşılaşdırılması, müştəriyə daha çox uyğun gələn kontentin və fərdi xidmətlərin təklif edilməsi ilə bağlıdır".

Beləliklə, WhatsApp-dan istifadə edənlər və bundan sonra da WhatsApp istifadəçisi olmaq istəyənlər mütləq şhəkildə yeni müqavilə ilə razılaşaraq, onu qəbul etməlidir.

Qəbul etməyənlərin hesabları 8 fevral tarixindən etibarən silinəcəkdir.

Məlumat mübadiləsinə icazə verməsəniz, artıq WhatsApp istifadə edə bilməyəcəksiniz.

Nədir yenilik?

Təsəvvür edin, dostunuzla və ya qohumunzla özünüzə velosiped alıb-almamağı müzakirə edirsiniz. Bu zaman İnstagram-da velosiped reklamları çıxacaq qarşınıza.

Dostunuzla xəngəl yeməyi planlaşdırdıqda Facebook-da xəngəl sifarişləri qəbul edən restoranların reklamlarını görəcəksiniz.

Bundan belə WhatsApp-ın hər biri istifadəçisi barədə bütün məlumatlar Facebook-a ötürüləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi