azia.az
azia.az

İcra başçısı 73 qazinin torpaq sahəsini satdırıb: Yerli məmurların başına “dəmir yumruq” vurulmalıdır-VİDEO

5-01-2021, 12:06

İcra başçısı 73 qazinin torpaq sahəsini satdırıb: Yerli məmurların başına “dəmir yumruq” vurulmalıdır-VİDEO
Zaqatalanın Bəhmətli kəndi rayonun dördüncü ən böyük kəndidir. Hansı ki, sovet vaxtı xalq arasında Zaqatalanın Qazaxsıtanı kimi tanınırdı. Çünki kənd əhalisi taxılçılıq sahəsində böyük naliyyətlər əldə etmişdi. Üstəlik heyvandarlıq da inkişaf edirdi. O vaxt kənddə deyilənə görə 5 minə yaxın mal-qara olub.
Azerinfo.tv bildirir ki, indi Bəhmətlidə nə taxılçılıq var, nə də ümumi mal-qaranın sayı heç minə çatmır. Səbəb yerli məmurların kəndlilərin örüş yerini zəbt etməsi, əkin sahələrinin qanunsuz yollarla qıraq şəxslərə uzunmüddətli icarəyə vermələridir.
Kəndlilər taxıl əkmək üçün müraciət edir, bələdiyyə deyir torpaq yoxdur. Bəs kəndli nə ilə məşğul olmalıdır.
Kəndliyə nə lazımdır – torpaq, su, bir də dövlətin qanunla nəzərdə tutulan güzəştlərdən yararlanması... Vəssalam, əksin, satsın, başını saxlasın. Bəhmətli isə işsizlik bataqlığında çabalayır. İşsiz, gücsüz gənclər ortalıqda qalıb. Yerli məmurlar kəndliyə təsərrüfatla məşğul olmağa şərait yaratsa, hərə bir tərəfdə başını öz torpağı ilə qatar, əkər, məhsul götürər, satar, dolanar...

Prezident İlham Əliyev regionlardan birində səfərdə olarkən taxılçılığa böyük diqqət yetirilməsinin vacibliyini vurğulamışdı:
"Taxılçılıqda isə hələlik tələbatımızı ödəyə bilmirik. Ona görə taxılçılığa xüsusi diqqət göstərilməlidir ki, biz yaxın bir neçə il ərzində bu sahədə də daxili tələbatımızı öz hesabımıza təmin edək.”
Bəli, taxıl bütün dünyada hər bir ölkə üçün strateji məhsul sayılır. Nahaq yerdən demiyiblər ki, çörək bol olarsa basılmaz vətən.
Amma Zaqatala rəhbərliyi belə düşünmür.

Görəsən Prezidentin qərarları və sərəncamları Zaqatalaya aid deyil?
Zaqatalanın icra başçısı Mübariz Əhmədzadə və qardaşı Əhməd Əhmədzadənin mülklərinin sədası Londondan gəlir. Amma kəndliyənə taxılçılıq üçün əkin yeri,nə heyvandarlıq üçün örüş yeri verilmir.

Üstəlik Prezidentin sərəncamı ilə Zaqatalada 18 bulağın vurulması üşün pul ayrılıb. O cümlədən onlardan biri də Bəhmətlidə vurulmalı idi. Yerli məmurlar o qədər arxayındırlar ki, kənd üçün ayrılmış həmin artezianı kəndə aid olmayan, özlərinə lazım olan sahədə vurublar. Hələ şikayətlənənlərə deyiblər ki, kimin həddi var bizə söz desin.


Gülməli vəziyyət yaranıb. Bələdiyyə sədri özü saxta imzalarla torpağı satıb. Camaat torpaqsızlıqdan şikayət edəndə torpağı özü icarəyə verdiyi şəxsdən, yəni "FRUİTCOURT” MMC-nın rəhbəri Anar Bayramlıdan yazılı şəkildə xahiş edir ki, bəs kəndlilərə torpaq çatmır. Xahiş edirəm torpağı qaytar. Bunlar deyəsən milləti avam yerinə qoyublar, ya dolayıblar.
Bələdiyyə sədri Həsrət Musayev özü satdığı torpağı xahiş-minnətlə guya geri almaq istəyir. Bu haqda yazılı məktubu kəndlilərə göstərir. Absurd bir iş.

Bu adamın dalında icra başçısı Mübariz Əhmədzadə dayanır. Kənndə 73 nəfər cəbhəyə könüllü gedən əskər var. Yəni 73 qazi bu gün-sabah kəndə qayıdacaq. Nə işlə məşğul olacaqlar? Örüş yeri yox, əkin yeri yox. Bəlkə bu rayonu idarə edən cənablar qəsdən narazılıq yaradır? 300 hektar ərazi kənar şəxslərə satılıb. Siz sərhəd rayonunda kütləvi etirazmı istəyirsiz?
73 qazinin torpaq sahəsinə kim əl qoyub, kim satıb?
Kəndlilərdən biri dediyi kimi, oğullarımız gedib Qarabağı işğaldan azad edib, indi qalıb kəndimiz. Bura da yerli oliqarxlıar tərəfindən işğaldadır. Ağsaqqallardan biri dediyi kimi " Cənab, prezident, Paşinyanın başına vurduğunuz dəmir yumruğu bizim məmurların da başına vurun”.
Əhali prezidentə ümidlidir və kömək gözləyir. Korrupsiyaya bulaşmış şəxslər başqa rayonlarda olduğu kimi başlarında qara torba aparılmasalar deyəsən vəziyyət düzələnə oxşamır.
Kəndlilərin bir tələbə bir-bu işlə bağlı ədalətli dövlət kimossiyası. Günahkarlar kimdirsə cəzalanmalıdırlar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi