azia.az
azia.az

DYP rəisi qanunsuz ov edərkən saxlanılıb? - DƏQİQLƏŞDİRİLƏRƏK YENİLƏNİB/İDDİA

28-12-2020, 01:52


Teref.az yazır ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Oğuz rayonu ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.
DYP rəisi qanunsuz ov edərkən saxlanılıb? - DƏQİQLƏŞDİRİLƏRƏK YENİLƏNİB/İDDİA
Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Qəbələ rayon sakini Cavid Xasmamedov, Ağdaş rayon sakinləri Mehman Veyisov və Namik Qənbərov olduğu müəyyən edilib.

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və hər biri 1500 manat məbləğində cərimə edilib.

Teref.az xəbər veri ki, bu xəbər bütün mediada 11 dekabrda gedib. Saytımıza danışan Ağdaş sakininin verdiyi məlumnata görə bu hardasa sıradan bir hadisə sayıla bilərdi, lakin bu siyahıda adı çəkilən Namik Qənbərov olmasa idi. Mənbənin iddiasına görə Namik Qənbərov Ağdaş DYP-sinin rəisi vəzifəsində işləyir və qanunsuz ov etdiyinə görə 1500 manat cərimə edilib.
ETSN-dən Teref.az-a verilən məlumta görə onlar saxlanılan şəxslərin iş yerləri barədə onlarda məlumat olmur.
Hər halda ümid edirik rəisin özü bu məsələyə aydınlıq gətirər...
Teref.az olaraq iddia ilə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az olaraq bildirirk ki, Ağdaş DYP-sinin rəisi Namiq Qənbərovla əlaqə saxlayaraq yuxarıda qeyd olunmuş iddiaya aydınlıq gətirdik. Namiq Qənbərovun verdiyi məlumata görə hadisə baş verəndən bir qədər əvvəl o, koronovirusdan test verib, onun virus daşıyıcısı olması müəyyən edilib və karantinə alınıb. Onun səhhəti deyilən zamanda nəinki ov etməyə, heç evdən çıxmağa belə imkan verməyib. Və onun ovda olması və ovda saxlanılaraq cərimələnməsi barədə verilən məlumat səhvdir.
Teref.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi