azia.az
azia.az

Ramiz Mehdiyevlə Əli Həsənovun vəzifədən azad edilməsinin səbəbi açıqlandı

20-11-2020, 01:35


Prezident Administrasiyasının sabir rəhbəri Ramiz Mehdiyevin və Prezidentin sabiq köməkçisi Əli Həsənovun Dövlət İdarəçilik Akademiyasında tutduqları vəzifədən (DİA) azad edilməsinin səbəbi açıqlanıb.
Ramiz Mehdiyevlə Əli Həsənovun vəzifədən azad edilməsinin səbəbi açıqlandı
Qaynarinfo-nun yenisabah-a istinadən məlumatına görə, DİA-nın mətbuat katibi Yusif Ağayev bildirib ki, bu təhsil müəssisəsində Ramiz Mehdiyev Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri, Əli Həsənov Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri vəzifəsində çalışıb.

Y.Ağayev qeyd edib ki, həmin vəzifələr təyinatlı deyil, seçkili vəzifədir. Buna görə də 5 il müddıtinə həmin vəzifələyə seçilən R.Mehdiyev və Ə. Həsənovun vəzifələrinin tutulması üçün yenidən müsabiqə elan edilib:

"Seçkinin keçirilməsi üçün müəyyən edilən müddətdə həmin şəxslər yenidən seçilmək üçün müraciət etməyiblər. Müsabiqədə iştirak üçün müraciət edən digər şəxslər bu vəzifəyə seçiliblər".

Y. Ağayev bildirib ki, Əli Həsənovun indiyədək tutduğu vəzifəyə Azərbaycanın Gürcüstandakı sabiq səfiri Namiq Əliyev, R. Mehdiyevin indiyədək tutduğu vəzifəyə isə DİA-nın Bələdiyyə, Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışmış Rəcəb Rəhimli seçilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi