azia.az
azia.az

Göyçayda 2 oğlu Qarabağda könüllü savaşan ailə imdad diləyir: "Azəriqaz" İstehsalat Birliyinin Ağsu Regioanal Qaz İstismarı İdarəsinin Göyçay xidmət sahəsi məndən 1200 manat pul istəyir

18-11-2020, 15:10

Göyçayda 2 oğlu Qarabağda könüllü savaşan ailə imdad diləyir: "Azəriqaz" İstehsalat Birliyinin Ağsu Regioanal Qaz İstismarı İdarəsinin Göyçay xidmət sahəsi məndən 1200 manat pul istəyir

Teref.azın elektron poçtuna daxil olan şikayət məktubunu oxuculara təqdim edirik:
Göyçay rayonu Müskürlü kənd sakini Həsrətov Ruslan Əmir oğlu tərəfindən
MÜRACİƏT
Mən iki əsgərin ailəsi olaraq Azərbaycan dövlətindən Azərbaycan xalqından kömək istəyirəm.
Mən 4 azyaşlı uşağımla Göyçay rayonu Müskürlü kəndində acınacaqlı yoxsulluq şəraitində yaşayıram.Evimə qaz xətti olmadığı üçün qışda soyuqda əziyyət çəkirik. Hansı ki, mövcud qaz xətti ilə evimizə qədər olan məsafə 100 metrdir.Buna görə evimizə qaz xəttinin çəkilməsi üçün "Azəriqaz" İstehsalat Birliyinin Ağsu Regioanal Qaz İstismarı İdarəsinin Göyçay xidmət sahəsi məndən 1200 manat pul istəyir.Buna isə mənim maddi imkanım yoxdur.Çünki işsizəm 4 azyaşlı olmaqla 6 nəfərdən ibarət ailəm var.Bizim yaşayışımızı gəlib gözləri ilə görən olsa dəhşətə gələr.
Qazın olmamasına görə soyuq evdə yaşadığımız üçün 4 yaşlı uşağımın ağciyərinə su gəlib, həyat yoldaşımın qaraciyəri xəstəliyə yoluxub.Növbəti qışda qazımız olmasa ailəmiz azyaşlı uşaqlarım soyuqdan xəstələnib öləcəklər.
Qeyd edim ki, ailəmin iki üzvü Yusif və Pərvin Həsrətzadə qardaçları Qarabağın azadlığı uğrinda gedən döyüşlərdə könüllü olaraq ön cəbhədə iştirak edirlər.

Çıxılmaz vəziyyətdə ölümlə üz-üzə qalsaqda ümüdümüzü üzməmişik Azərbaycan xalqına Azərbaycan dövlətinə güvənib bu müraciəti edirik.Sizdən xahiş edirəm Sizə yalvarıram azyaşlı uşaqlarımın xəstəlikdən ölməməsi üçün evimizə qaz xəttinin çəkilməsinə köməklik göstərəsiniz.
Əlaqə telefonu; (051) 306-90-89, (050) 733-95-84
Teref.az olaraq qarşı tərəfin mövqeyini işıqlıandırmağa hazırıq!
Teref.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi