azia.az
azia.az

Ermənilər Tərtərə üç qadağan olunmuş fosfor mərmisi atdı - RƏSMİ

3-11-2020, 20:29

Ermənistan bir tərəfdən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən danışır, digər tərəfdən isə danışıqlara zərbə vuran təxribatlara əl atır.

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın müharibənin sülh yolu ilə həlli yoxdur deməsi, son hərbçisinə qədər müharibəni davam etdirəcəyi və Azərbaycana torpaqları qaytarmayacağı haqda dedikləri danışıqlar prosesinə bir zərbədir.
Ermənilər Tərtərə üç qadağan olunmuş fosfor mərmisi atdı - RƏSMİ
H.Hacıyev həmçinin qeyd edib ki, Ermənistan tərəfindən qadağan olunmuş fosfor silahlardan istifadə olunur:
“Məlumdur ki, tərkibində ağ fosfor olan silahlar insanların sağlamlığı üçün ağır fəsadlar törədə bilərlər.

Onların bu silahlardan istifadə etməsində əsas məqsəd Azərbaycan Silahlı Qüvvələrinə və mülki insanlarına zərbə vurmaqdır.

Ermənistanın bu kimi silahlardan istifadə etməməsi ilə bağlı öhdəliyi var. Ona görə də beynəlxalq ictimaiyyət Ermənistanın bu kimi silahlardan istifadə etməsinə ciddi münasibət bildirməlidir”.

H.Hacıyev onu da əlavə edib ki, dəqiq kəşfiyyat məlumatlarına əsasən, Ermənistan tərəfindən Xocavənd istiqamətinə fosfor məmulatları gətirilib:

“Böyük həcmdə gətirilən fosfor məmulatları yandırıcı qüvvəyə malikdir. Həmçinin, Ermənistan silahlı qüvvələri artilleriya atəşlərində də ağ fosfor tərkibli silah və mərmilərdən istifadə edirlər.

ANAMA tərəfindən verilən son məlumata görə, Tərtər rayonunda üç fosfor mərmisi düşən məntəqə müəyyən edilib. Onların bir çoxu əkin sahələrinə düşüb. Ekspertiza göstərir ki, yumşaq torpaq səthinə düşən mərmilər bir çox hallarda partlamır və torpağı dəlib altına keçirlər. Belə olan hallarda da onların zərərsizləşdirilməsi istiqamətində işlər davam etdirilir".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi