azia.az
azia.az

Azərbaycanlıların toyu qalmaqala səbəb oldu: Axı şəhidlərin qanı qurumayıb

31-10-2020, 23:44

"İki saatdı videonu göndəriblər. Barmaqlarımla düz iki saatdı müharibə edirəm ki,paylaşma!

Bacarmadım… Bu toy dünən gecə Borçalıda olub. Mən də Borçalı qızıyam, amma ayıbıma kor ola bilmədim. Əvvəla Azərbaycanda hələ xonçası oynamamış, şaxı qalxmamış, çıragı yanmamış oğullar hər gün şəhid olur. Xınası islanmamış, çiçəyi burnunda qönçə qızlarımız başına qırmızı kəlagayı örtməyə həsrət qaldığı halda qara yaylıq bağlayır ,şəhid nişanlısı olurlar…
Azərbaycanlıların toyu qalmaqala səbəb oldu: Axı şəhidlərin qanı qurumayıb
Bunu da keçdim ,bəs son bir ayda tək Borçalı mahalından 50 yə yaxın başda Polkovnik İlqar Mirzəyev olmaqla Qarabağ uğrunda şəhid olan qardaşlarımızın ruhundan da utanmadınızmı? Təcili toy etmək üçün ya qızın, ya oğlanın ,,defekti” olmalı.

Bunların nə ayıbı vardı ki, ölkə yas içində toy çaldırdınız? Axı şəhidlərin qanı qurumayıb, cəsədi soyumamışdı torpaq uddu…”

"Bu sözləri şairə Nazilə Səfərli sosial şəbəkə hesabında paylaşıb. O Gürcüstanda baş tutan toyu səhifəsində yayımlayaraq, toy edən şəxsləri tənqid edib:“Bunu da deməsəm ölərəm :-ay bu toyun başbiləni ,ay bu qızı bu oğula yaraşdırıb alan böyük, bu toy sevgi üzərində qurulmadığı açıq-aşkar görsənir. Deyin görüm belə enerjili, xəyalları gündə üç kruq dünya tururundan qayıdan,parlamaqda olan ulduz, Damladan da yüksək səhnə performandına malik, hiperaktiv və aşırı göyçək qızı bu cür sakit , təmkinli,üzündə qız həyası olan oğlana alanda nə düşündünüz? Bu gənclərin gələcəyini necə təsəvvür etdiniz ? Açığı mənə maraqlıdı… Allah xoşbəxt eyləsin!
İndicə mənə məlumat gəldi ki,oğlanın anası Marina ermənidi. İndi anlaşıldı toy niyə məhz Qarabağ müharibəsində baş tutub. Borçalının yarım milyon namuslu insanına bu xəyanəti necə etdi bu qızın ailəsi??! Necə???!!!
Bu videoya görə mənə zəng eyləyənin,videonu sil deyənin,paylaşdıgım üçün məni qınayanın,hədə qorxu hələnin lap ən yekə böyüyünə verməyə cavabım var!”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi