azia.az
azia.az

Azərbaycanda sutka ərzində daha səkkiz nəfər koronavirusdan öldü: 803 yeni yoluxma - FOTO

23-10-2020, 18:18

Azərbaycanda sutka ərzində daha səkkiz nəfər koronavirusdan öldü: 803 yeni yoluxma - FOTO

Azia.Az xəbər verir ki,Azərbaycanda koronavirusa (COVID-19) 803 yeni yoluxma faktı qeydə alınıb, 212 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, səkkiz nəfər COVID-19-dan vəfat edib.

Aktiv xəstə sayı 6734 nəfərdir.

Ölkədə son sutka ərzində 9951, hazırkı dövrədək isə 1270144 test aparılıb.

Ümumi ölənlərin sayı 656 nəfərdir.

Ümumi yoluxanların sayı 48221 nəfər, ümumi sağalanların sayı 40831 nəfərdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi