azia.az
azia.az

Erməni nazir müavini beynəlxalq iclasda "Bizi xilas edin" deyə yalvarıb - FOTO

17-10-2020, 15:50

Erməni nazir müavini beynəlxalq iclasda "Bizi xilas edin" deyə yalvarıb - FOTO
MDB-nin Gənclərlə İş üzrə Şurasının sayca 27-ci iclasında Azərbaycanı Gənclər və İdman Nazirinin (AGİN) müavini İntiqam Babayev təmsil edib.

BAKU.WS xəbər verir ki, AGİN-in Mətbuat katibi Səmayə Məmmədovanın "report"a verdiyi məlumata görə, Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın gənclər siyasətinə məsul nazirlərinin qatıldığı iclas COVID-19 pandemiyası ilə əlaqədar onlayn formatında gerçəkləşib.

İclasın ilkin mövzularından biri Böyük Vətən Müharibəsinin 75 illiyi ilə bağlı üzv dövlətlərin bu istiqamətdə gördüyü işlərlə bağlı məruzələrin dinlənilməsi olub.

Öz növbəsində İ.Babayev Azərbaycanın faşizm üzərində qələbənin qazanılmasında xüsusi töhfəsi olduğunu diqqətə çatdıraraq, nazirliyin bununla bağlı həyata keçirdiyi bir çox layihələr haqqında məlumat verib, hər il 9 May qələbə gününündə gənclərin müharibə veteranları ilə görüşdüklərini, onların qəhrəmanlıqlarının yaşadıldığını diqqətə çatdırıb.

Məhz elə Ermənistanı da qıcıq edən İ.Babayevin qələbənin 75 illiyini qeyd etdiyimiz bu məqamda Azərbaycanın Ermənistan tərəfindən faşistcəsinə hücumlara məruz qaldığını, müharibənin aparılmadığı Gəncə, Mingəçevir və digər şəhərlərinə düşmənin bütün beynəlxalq prosedurları pozaraq raket atdığını və nəticədə dinc əhalinin öldürüldüyünü, uşaqlar da daxil olmaqla bir çox insanların yaralandığını, yaşayış evlərinə ciddi ziyan dəydiyini söyləməsi olub.
Erməni nazir müavini beynəlxalq iclasda "Bizi xilas edin" deyə yalvarıb - FOTO
Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Artur Martirosyan MDB gənclərlə iş üzrə Şuranın iştirakçılarını Azərbaycana qarşı mübarizəyə çağırıb. Nazir müavini "Bizi xilas edin" söyləyərək imdad diləyib.

Qeyd edək ki, iclas zamanı MDB-yə üzv ölkələrin ötən dönəm ərzində gənclər və idman sahələrində gördükləri işlərə nəzər salınıb, fikir mübadiləsi aparılıb. Sədrlik növbəti il üçün Tacikistana keçib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi