azia.az
azia.az

Ermənistanın S-300 yalanı üzə çıxdı - FAKT

13-10-2020, 10:47



Azərbaycan 13 günlük Qarabağ döyüşləri zamanı Ermənistanın 2 S-300 zenit-raket kompleksini sıradan çıxarmışdı.
Ermənistanın S-300 yalanı üzə çıxdı - FAKT
Ermənistanda döyüş növbətçiliyindən çıxarılaraq Qarabağa yerləşdirilən komplekslərdən biri sentyabrın 29-da Xocavənd rayonunun Şuşakənd istiqamətində, digər kompleks isə oktyabrın 10-u səhər saatlarında Qubadlı rayonu ərazisində pilotsuz uçuş aparatlarının köməyi ilə məhv edilmişdi.

Şəkillərdən birində oktyabrın 9-da Xocavəndin Şuşakənd ərazisində S-300 zenit-raket kompleksinin görüntüləri yayımlanıb. Fotodan da aydım olur ki, kompleksin 2 atəş qurğusu məhv edilib.

Məlumata görə, sentyabrın 29-da baş verən həmin hadisədən sonra Ermənistan S-300 zenit raket kompleksini işğal altındakı ərazidən çıxararaq Ermənistana geri qaytarıb.

Xatırladaq ki, rəsmi Yerevan S-300 zenit raket komplekslərinin məhv olunduğunu etiraf etmək istəmirdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi