azia.az
azia.az

Rusiyada milyon qazanan Oqtay Əsədovun bağça müdirəsi olan həyat yoldaşıdır? - FOTOFAKT

15-09-2020, 10:57

Rusiyada milyon qazanan Oqtay Əsədovun bağça müdirəsi olan həyat yoldaşıdır? - FOTOFAKT[img=left]http://azia.az/uploads/posts/2020-
09/1600142305_1600091108_1.jpg[/img]

Milli Məclisin sabiq sədri və hazırda millət vəkili olan Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədovaya məxsus olduğu bildirilən “Arizarum Qrup” MMC-nin ötən il nə qədər gəlir əldə etdiyi açıqlanıb.
Yeniavaz.com Rusiyanın müvafiq qurumlarının açıqladığı məlumatlara istinadən bildirir ki, “Arizarum Qrup” MMC ötən il 13,9 milyon rubl (185,3 min dollar) gəlir əldə edib.
Məlumat üçün bildirək ki, “Arizarum Qrup” MMC 14.01.1998-ci ildən fəaliyyət göstərir. Hüququ ünvanı Moskva şəhəri, Bakı küçəsi, ev 29-da yerləşən şirkətin sahibi Əsədova Zemfira Adil qızı, direktoru isə Nazarova Larisa Aleksandrovnadır.
Nizamnamə kapitalı 10 min rubl (133 dollar) olan şirkətin restoran sektorunda fəaliyyət göstərdiyi qeyd olunur.
Qeyd edək ki, bir-neçə il əvvəl mətbuatda “Arizarum Qrup” MMC sahibi olan Əsədova Zemfira Adil qızının Milli Məclisin sabiq sədri Oqtay Əsədovun həyat yoldaşı Əsədova Zemfira Adil qızı ilə eyni şəxs olduğu barədə məlumatlar yer alıb. Bu məlumatlar Oqtay Əsədov və həyat yoldaşı tərəfindən təkzib olunmayıb.
Onu da qeyd edək ki, Oqtay Əsədovun həyat yoldaşı eyni zamanda Nizami rayonunda yerləşən 175 saylı Körpələr evi-uşaq bağçasının müdiridir. Zemfira Əsədova həm də “Məktəbəqədər və ibtidai təhsil” jurnalının redaksiya heyətinin üzvüdür.

Rusiyada milyon qazanan Oqtay Əsədovun bağça müdirəsi olan həyat yoldaşıdır? - FOTOFAKT


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi