azia.az
azia.az

Müəllim düzəlmək üçün rüşvət verdi, nə müəllim oldu, nə də ki, pulun aldı-Yardımlı təhsilində rəzalət

6-09-2020, 14:22

Müəllim düzəlmək üçün rüşvət verdi, nə müəllim oldu, nə də ki, pulun aldı-Yardımlı təhsilində rəzalət
Yardımlı rayonunda bəzu uğurlara imza atılsa da, hələ də neqativlər çoxdur. Şəffaflığın təmin olunması, vətəndaş narazılığının aradan qaldırılması üçün proses davam etdirilməli cəmiyyətdəki neqativlər təmizlənməlidir ki, cənab Prezidentin qarşıya qoyduğu məsələlər öz müsbət həllini tapsın. BU bir həqiqətdir ki, hüquq-mühafizə orqanları öz araşdırmalarını, korrupsiyay qarşı amansız mübarizəsini davam etdirir. Çünki vətəndaşların şikayət və tələblərinə biganə yanaşıla bilməz. Elə biz də Azia.az saytı olaraq vətəndaşların müraciət və şikayətlərinə biganə qala bilməzdik. Redaksiyamıza göndərilən video görüntüdə qaldırılan məsələ aktuallığını saxlayır. Çünki şikayətçi müəllim Həmidov Əfrayıl Tərxan oğlundan alınan rüşvət hələ də hazırkı Təhsil şöbəsinin müdiri Manaf Səlim oğlu Səmədzadə(Balaşov) tərəfindən qaytarılmayıb. Yardımlı təhsilindəki özbaşınalıqlar, rüşvət Pandemiya dövründə işdən çıxarılmalar barədə redaksiyaya həm yazılı , həm də videogörüntü vasitəsi ilə müraciətlər daxil olmuşdur(bu barədə sonra başqa bir videoda). Təhsil şöbəsi ilə əlaqə saxladıq. Kimliyini bildirmədən özünün təhsil şöbəsinin əməkdaşı kimi təqdim edib, "Deyilənlərin yalan və böhtandır, onsuzda prezidentdən də yazırlar, yazmağınızın nə mənası " -deyərək əlaqəni kəsdi.
Azia.az
Müəllimin iddiası videoda:


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi