azia.az
azia.az

Ədəbiyyat Muzeyində TENDER HOQQABAZLIĞI... - İcazə verin, şübhələnək...

29-08-2020, 11:03

Ədəbiyyat Muzeyində TENDER HOQQABAZLIĞI... - İcazə verin, şübhələnək...
Ədəbiyyat Muzeyində TENDER HOQQABAZLIĞI...
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyi 1945-ci ildə yaradılıb. Azərbaycan Milli Elmlər Akademiyasının tərkibinə daxil edilmiş muzey elmi- tədqiqat müəssisəsi kimi fəaliyyət göstərir. Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Azərbaycan MEA-nın tərkibinə daxil olsa da, müstəqil qurum olaraq dövlət satınalmalarında iştirak edir.

Qlobal.az Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin sifarişçi olduğu satınalmalar üzərindədir. Öncə qeyd edək ki, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi avqust ayının 8-də 5 lot üzrə satınalmalara yekun vurmuşdur.

Satınalmanın ümumi məbləği 221.300 manatdır.

Qurumun sifarişçisi olduğu satınalmaların qalibi elan edilən Məhdud Məsuliyyətli Cəmiyyətlərin üçünün hüquqi ünvanları və ikisinin qanuni təmsilçisi eynidir.

Lot-1.

- "Ceylan Lighting" büllur çılçıraqı (10 közərmə lampalı)
- məbləğ 40.000.
Qalib-"ZİNGER-İNŞAAT" MMC

Ədəbiyyat Muzeyində TENDER HOQQABAZLIĞI...

"ZİNGER-İNŞAAT" Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-cu ilin noyabr ayının 4-də dövlət reyestrində qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 4 manatdır. Şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ SURAXANI RAYONU, QARAÇUXUR ŞTQ, ŞİMAL HİSSƏ (QARAÇUXUR QƏS.), ev 31, m. 1, qanuni təmsilçisi isə Məsimov İlham Fikrəddin oğludur.

Lot-2.

- "Fankoyl üçün şəbəkəli tumba"
- məbləğ 40.000
Qalib - "GROUP SERVICE-2020" Məhdud Məsuliyyətli Cəmiyyəti

Ədəbiyyat Muzeyində TENDER HOQQABAZLIĞI...

"GROUP SERVICE-2020" Məhdud Məsuliyyətli Cəmiyyəti 2020-ci ilin iyul ayının 21-də dövlət reyestrində qeydiyyata alınmışdır. Şirkətin nizamnamə kapitalı 5 manatdır. Şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, CƏLİL MƏMMƏDQULUZADƏ, ev 173 ünvanı, qanuni təmsilçisi isə Məsimov Fərhad Faiq oğludur.

Lot-3.

- «İstehlakyönlü müxtəlif xidmətlər»
- məbləğ 48.000
Qalib - "QVERTY" Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Ədəbiyyat Muzeyində TENDER HOQQABAZLIĞI...

"QVERTY" Məhdud Məsuliyyətli Cəmiyyəti 2020-ci ilin iyul ayının 24-də dövlət reyestrində qeydiyyata alınmışdır. Şirkətin nizamnamə kapitalı 10 manatdır. Şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, CƏLİL MƏMMƏDQULUZADƏ, ev 173, m. ünvanı, qanuni təmsilçisi isə Ramazanov Fərid Rasim oğludur.

Lot-4.

"Risalə”-1 (18). (Elmi araşdırmalar toplusu) kitab"
- məbləğ 48.000
Qalib - "KREPLINK" Məhdud Məsuliyyətli Cəmiyyəti

Ədəbiyyat Muzeyində TENDER HOQQABAZLIĞI...

"KREPLINK" Məhdud Məsuliyyətli Cəmiyyəti 2020-ci ilin iyul ayının 6-da dövlət reyestrində qeydiyyatdan keçmidir. On manat nizamnamə kapitalı olan şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ SABUNÇU RAYONU, ZABRAT ŞTQ, RUHULLA AXUNDOV , ev 14, m. 6 ünvanıdır. Şirkətin qanuni təmsilçisi Mursalıyev Elşən Alay oğludur.

Lot-5.

"Ekspozisiya zallarının elmi-bədii tərtibatı"
Məbləğ - 45300 manat
Qalib "FERRO-20" Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Ədəbiyyat Muzeyində TENDER HOQQABAZLIĞI...

"FERRO-20" Məhdud Məsuliyyətli Cəmiyyəti 2020-ci ilin iyul ayının 7-də dövlət reyestrində qeydiyyata alınmışdır. Şirkətin nizamnamə kapitalı 5 manatdır. Şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, CƏLİL MƏMMƏDQULUZADƏ, ev 173 ünvanı, qanuni təmsilçisi isə Məsimov İlham Fikrəddin oğludur.

"Dövlət Satınalmaları Haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 6.2.1 bəndində malgöndərən-podratçı təşkilatların satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasının vacibliyi vurğulanır. Yuxarıda qeyd olunan şirkətlərin heç birinin nə əlaqə telefonu, nə də hüquqi ünvanı var. Həmçinin, bu şirkətlərin hansı sertifikat və lisenziyalara sahib olmaları, işçi qüvvələri barədə də məlumat yoxdur.

Eyni zamanda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin eyni gündə sifarişçi olduğu satınalmaların qalibi olan 5 şirkətin 4-ü eyni il və ayda təsis edilmişdir. Bu şirkətlərin 3-nün ("QVERTY" MMC, "FERRO-20" MMC, "GROUP SERVICE-2020") hüquqi ünvanı isə eyni mənzildə ( BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, CƏLİL MƏMMƏDQULUZADƏ, ev 173 ünvanı) yerləşir. Həmin MMC-lərin ikisinin ("QVERTY" Məhdud Məsuliyyətli Cəmiyyəti və "FERRO-20" Məhdud Məsuliyyətli Cəmiyyəti) qanuni təmsilçisi eyni şəxsdir - Ramazanov Fərid Rasim oğlu.

Qlobal.az yuxarıda qeyd edilənlərə aydınlıq gətirilməsi üçün Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ilə əlaqə saxlamışdır. Muzeydən xəbərə münasibət bildirəcəklərini desələr də, sonradan heç bir mövqe açıqlanmadı.
Ədəbiyyat Muzeyində TENDER HOQQABAZLIĞI... - İcazə verin, şübhələnək...
Ədəbiyyat Muzeyində TENDER HOQQABAZLIĞI... - İcazə verin, şübhələnək...
Ədəbiyyat Muzeyində TENDER HOQQABAZLIĞI... - İcazə verin, şübhələnək...
Ədəbiyyat Muzeyində TENDER HOQQABAZLIĞI... - İcazə verin, şübhələnək...
Ədəbiyyat Muzeyində TENDER HOQQABAZLIĞI... - İcazə verin, şübhələnək...
Ədəbiyyat Muzeyində TENDER HOQQABAZLIĞI... - İcazə verin, şübhələnək...
Ədəbiyyat Muzeyində TENDER HOQQABAZLIĞI... - İcazə verin, şübhələnək...
Ədəbiyyat Muzeyində TENDER HOQQABAZLIĞI... - İcazə verin, şübhələnək...
Ədəbiyyat Muzeyində TENDER HOQQABAZLIĞI... - İcazə verin, şübhələnək...


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi