azia.az
azia.az

Xırdalan merinin zibil və tender siyasəti: Rafiq Yusubov nəylə məşğuldur? – VİDEO

10-08-2020, 03:50

Xırdalan merinin zibil və tender siyasəti: Rafiq Yusubov nəylə məşğuldur? – VİDEO
Xırdalan merinin zibil və tender siyasəti: Rafiq Yusubov nəylə məşğuldur? – VİDEO
Məlum olduğu kimi bir müddət öncə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin həyata keçirdiyi kompleks əməliyyat-istintaq tədbirləri ilə Abşeron rayon icra hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyev və Abşeron rayon icra hakimiyyəti MKTB-nin Xırdalan şəhəri 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin rəisi Murad Əhmədov həbs edildi. Heç şübhəsiz həbslər bu iki nəfərlə baça çatmayacaq və cumhuriyyet.az-a daxil olan məlumata görə bu işdə Xırdalan şəhər icra nümayəndəsi Rafiq Yusubovun da başı ağrıya bilər.
Qeyd edək ki, Rafiq Yusubov sözügedən vəzifəni Əbülfət Qasımovun əlindən alıb. Həmçinin cumhuriyyet.az xəbər verir ki, həmin Rafiq Yusubovdur ki, vaxtı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Abşeron rayon şöbəsinin müdiri Mübariz Vəliyevin yanında işləmiş, onun ən yaxın adamlarından biri kimi rayonun kənd və qəsəbələrində bələdiyyələrin köhnə tarixlərlə satdıqları torpaq sahələrinə mülkiyyət haqqında saxta sənədlər vermişlər. Çalışdıqları idarə 2015-ci ildə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə birləşdirildikdən sonra işsiz qalmış Rafiq Yusubov isə keçmiş müdiri Mübarız Vəliyevin vasitəçiliyi ilə 2017 ci ildə Abşeron rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olundu.

u vəzifəyə təyinat aldıqdan sonra Rafiq Yusubov Xırdalan şəhərində nə kimi işlər görə bilib? Sakinlərin cumhuriyyet.az-a bildirdiyinə görə, onun təyinatına qədər Xırdalanda parklar salınmış, abadlıq, quruculuq işləri aparılmışdı. Xırdalan şəhər İcra Nümayəndəliyi tərəfindən yol kənarlarına salınan qazon, əkilən şam ağacları, müxtəlif növ dekorativ güllərin əkilməsi görülən abadlıq işləri, sakinlər üçün yaradılmış istirahət guşələri qeyd etdiyimiz kimi çoxdan görülmüş işlərdir. Amma verilən məlumatlara görə Rafiq Yusubov bu işlərin yenidən görülməsinə vəsaitlər ayırır, güya yenidən təmir edilib adı ılə ayrılmış vəsaitləri kənarlaşdırır. İstər H. Əliyev prospektində , istərsə də mərkəzi küçələrdəki ticarət, məişət və içtimai iaşə obyektlərin qabaq hissələri əsaslı şəkildə təmiri əslində yerli kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara düzəltdirilir. Xərclərin isə icra nümayəndəliyindən ayrıldığı, işlərin güya həmin vəsaitlər hesabına görüldüyü qeyd edilir. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi “İdarənin xərcləri” maddəsi üzrə mal-materialların, yumşaq inventarların, yataq ləvazimatlarının və xüsusi geyimlərin, inventarların və avadanlıqların satın alınması, Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin, Xırdalan şəhər orta məktəb binasının cari təmir işlərinin satın alınması və digər xərclər maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması üçün elan etdiyi tenderlərdə və kotirovka sorğularında kimlərin qalıb çıxması və buradan Rafiq Yusubovun nə qədər gəlirlər əldə etdiyi isə heç kimə bəlli deyil.
Xırdalan şəhəri üzrə elan olunan tenderlərlə bağlı cumhuriyyet.az-a maraqlı məlumat daxil olub. 17 oktyabr 2019-cu il tarixində Abşeron rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə nümayəndəliyi iki özəl şirkətlə – “Morovia” MMC və “Komisso” MMC ilə müqavilə bağlayıb. Müqavilələrin ümumi dəyəri 83 min 197 manat 50 qəpik təşkil edir. Abşeron rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə nümayəndəliyi “Morovia” MMC-yə “Digər maşın və avadanlıqların satınalınması” üçün 24 min 460 manat, “Avadanlığın satınalınması” üçün 7 min 895 manat, “Bərk inventarın satınalınması” üçün 24 min 475 manat, ” “Komisso” MMC-yə isə “Yumuşaq inventarın satınalınması” üçün 26 min 367 manat 50 qəpik ödəyəcək. Məsələnin maraqlı və qəribə tərəfi odur ki, şirkətlərdın biri – “Morovia” MMC tender nəticələrindən cəmi 56 gün əvvəl – 22 avqust 2019-cu il tarixində, “Komisso” MMC isə cəmi 4 ay əvvəl – 13 iyun 2019-cu il tarixində dövlət qeydiyyatına alınıblar. Hər iki şirkətin hüquqi ünvanı – Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisini göstərir. “Morovia” MMC “3-cü Mədən, ev 12”-də, “Komisso” MMC isə “1-ci Mədən, ev 43”-də qeydiyyata alınıb. Çox qəribədir ki, cəmi 2 və 4 ay əvvəl yaranan və 83 min manatdan çox tender udan bu şirkətlər barədə açıq internet resurslarda heç bir məlumat yoxdur. Şirkətlərin rəsmi veb-səhifəsi və əlaqə vasitələri mövcud deyil. Hətta sosial şəbəkələrdə belə hesabları yoxdur. Üstəlik hər iki şirkət yalnız Abşeron rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə nümayəndəliyinin keçirdiyi tenderlərin qalibi olublar.
Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin 2-ci bəndində açıq şəkildə yazılır ki, satınalma prosedurlarında iştirak etmək üçün malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri aşağıdakı meyarlara uyğun gəlməlidir: Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlığı… R. Yusubovun mer olduğu Xırdalan şəhərinin gerçək görüntüləri isə aşağıdakı videoda:


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi