azia.az
azia.az

OBA marketlər şəbəkəsində 1 nəfər kassir işçii , həm satıcı, həm mal daşıyan, həm də xadimə işi görür - İDDİA

11-08-2020, 14:27

OBA marketlər şəbəkəsində 1 nəfər kassir işçii , həm satıcı, həm mal daşıyan, həm də xadimə işi görür - İDDİA
OBA marketlər şəbəkəsində 1 nəfər kassir işçii , həm satıcı, həm mal daşıyan, həm də xadimə işi görür - İDDİA
Azia.az xəbər verir ki, sosial şəbəkə istifadəçisi öz şikayətində yazır:
Şikayetim OBA marketlər şəbəkəsi Hövsan, Füzuli Bayramov küç. filialında ki satıcılarınadı. 3 nəfər satıcı var bir saata yola salırlar adamı. Tərəzidə mal çəkilməlidir 8 dəfə çağırandan sonra yaxınlaşırlar adama.
Kassa hər dəfə boş qalır. Satıcıları çağırsan o buna deyir kassaya yaxınlaş obiriri üçüncüsünə. Kassada sira yığılıb bunlar hələ öz aralarında mübahisə edirlər sonra hələ deyib gülürlər.
Azia.az xəbər verir ki, daha sonra şikayətçi yazır:
Biz dayanıb gözləməliyik ki, bunların qeybəti ne vaxt bitəcək. Camaat gözləyir axı. Bir çörəkdən ötrü kassada nəqədər vaxt itiririk. Artıq neçənci dəfə bu hal təkrarlanır. Əslində onlarda günah görmürəm. Bir satıcı orda həm kassir işi görür, həm satıcı, həm mal daşıyan, həm xadimə ona görə belə hallar baş verir. Yaxşı olardı ki hərənin öz vəzifəsi olsun.
Azia.az olaraq məsələylə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün OBA marketlər şəbəkəsinin marketinq şöbəsi ilə əlaqə saxladıq. Həmin şəbəkədən bizə belə bir şikayətin yanlış və heç bir əsası olmadığını bildirildi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi